Yuxarı

Azərbaycan “OPEK plus”la bağlı öhdəliyi yerinə yetirdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan “OPEK plus”la bağlı öhdəliyi yerinə yetirdi

2021-ci ilin aprel ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 698 min barrel olub. Bunun 594 min barrelini xam neft, 104 min barrelini isə kondensat təşkil edib.

Bu barədə Axar.az-a Energetika Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, “OPEK plus” ölkələri nazirlərinin 13-cü və 14-cü iclaslarında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral, mart və aprel aylarında davam etdirilməsi ilə bağlı qəbul edilmiş qərarlara əsasən, Azərbaycanın qeyd edilmiş dövr üzrə öhdəliyinin yanvar ayında olduğu kimi 123 min barrel həcmində qalacağı, gündəlik xam neft hasilatının isə 595 min barrel səviyyəsində saxlanılacağı nəzərdə tutulub.

“OPEK plus” ölkələri nazirlərinin 15-ci və 16-cı iclaslarında qəbul edilmiş razılaşmalar çərçivəsində Azərbaycanın növbəti üç ay üzrə hasilat kvotaları müəyyənləşib. Azərbaycanın yeni hasilat öhdəlikləri mayda 115 min barrel, iyunda 108 min barrel, iyulda isə 98 min barrel təşkil edəcək. Ölkədə gündəlik xam neft istehsalı müvafiq olaraq mayda 603 min barrel, iyunda 610 min barrel və iyulda 620 min barrel həcmində saxlanılacaq. Gündəlik xam neft istehsalı mayda 8 min barrel, iyunda 7 min barrel, iyulda isə 10 min barrel artırılacaq.

Tarix
2021.05.09 / 12:26
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla