Yuxarı

Azərbaycanda devalvasiya olacaq? - Video

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda devalvasiya olacaq? - Video

Altı il öncə bir ildə iki dəfə devalvasiyaya uğradıqdan sonra üzən məzzənnə ilə dəyər itirən milli valyuta manat sabit məzənnənin diktəsi ilə bütün qlobal təsirlərə son illər tab gətirə bilib.

Axar.az-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Türkiyənin milli valyutasının qarşısıalınmaz ardıcıllıqla ucuzlaşması və daxili bazarda da müşahidə edilən dəyişikliklər manatın ucuzlşama risklərini gündəmə gətirib.

İqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, məhz dolların bir çox valyutalar üzərindəki son dominantlığını risk amili hesab etmək olar. Devalvasiya şəraiti yaradan daha bir amil isə hazırda azad olunmuş ərazilərə edilən böyük yatırımdır.

Lakin bütün bunlar hazırda sadəcə riss olaraq təcəssüm edir, reallıqda isə manatın möhkəm qalması üçün də ciddi səbəblər var. Dövlət Neft Fondunda ehtiyatlar rekord vurur, hazırda təkcə bu fondda 44 milyard dollardan artıq vəsait var. Mərkəzi Bankın da ehtiyatları artaraq 7 milyard dolları ötüb. Ölkənin strateji valyuta ehtiyatlarının 51 milyard dollardan artıq olduğu bir dövrdə dolların istənilən basqısının qarşısını manat rahatlıqla ala bilər. Xüsusən də Azərbaycanın istehsalında və ixracında mühüm yer tutan enerji daşıyıclarının qiymətlərinin belə yüksək olduğu ərəfədə manat özünü, necə deyərlər, rahat hiss edə bilər.

İqtisadçı ekspert deyir ki, hətta Azərbaycan indi sabit məzənnədən üzən məzənnəyə keçsə, qısamüddətli iqtisadi panikanı nəzərə almasaq, manat dollar qarşısında nəinki ucuzlaşmaz, hətta bir qədər də dəyər qazanar.

Qeyd edək ki, hazırda hər həftə keçirilən hərracda Azərbaycanda bazarda dollara olan təlabat tam qarşılanır.

Tarix
2021.10.25 / 10:50
Müəllif
Axar.az
Digər xəbərlər

Taleb bir cinayətkarı niyə müdafiə edir?

Hikmət Hacıyevin fikirləri Türkiyədə səhv təqdim edildi - Foto

Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi

Bakı metrosunda yeni tunellərin inşası nə vaxt bitir?

Transxəzər fiber-optik rabitə xəttinin tikintisi başa çatdı

Ermənistana 14 vaqon buğda göndəriləcək

İran Xəzərlə bağlı razılığa gəldi: Tehran nədən çəkinir?

İrəvanda TRİPP müzakirəsi: Azərbaycanla sülh...

Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...

İranlı professor: Azərbaycanı hədələmək əvəzinə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla