Yuxarı

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

EY Azərbaycan şirkətinin ABB-nin maliyyə dəstəyi ilə keçirdiyi "EY İlin İş Adamı" müsabiqəsinin qalibi martın 10-da elan ediləcək. Müsabiqədə bu il Azərbaycandan 9 şirkət iştirak edir. Onlar ATL Tech, ELAD, Fortune Trade, IDEA, JL Tech, Your Decor and Events, ZIRA Natural & Gourmet şirkətləri, PortmanatYIĞIM Ödəniş Sistemidir. Qalib bu şirkətlər arasından seçiləcək və "Dünya üzrə İlin İş Adamı" müsabiqəsində Azərbaycanı təmsil etmək imkanı qazanacaq.

ABB üçüncü ildir ki, "EY İlin İş Adamı" müsabiqəsinə maliyyə dəstəyi verir. Bu, Bankın ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində gördüyü işlərin bir hissəsidir.

EY şirkəti tərəfindən təsis edilmiş "EY İlin İş Adamı" müsabiqəsi 1986-cı ildən keçirilir. Hazırda dünyanın ən nüfuzlu işgüzar mükafatlarından sayılır. "EY İlin İş Adamı" proqramının məqsədi yüksək potensiala malik iş adamlarının uğurlarını nümayiş etdirməkdir.

"EY İlin İş Adamı" müsabiqəsi Azərbaycandan başqa 60-dan çox ölkədə təşkil edilir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Ekvita şirkəti və AZPROMO da müsabiqənin tərəfdaşlarındandır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar

Tarix
2022.02.24 / 15:31
Müəllif
Axar.az
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla