Yuxarı

Kapital Bank yeni konsepsiyaya malik Əcəmi filialını istifadə verdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kapital Bank yeni konsepsiyaya malik Əcəmi filialını istifadə verdi

Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank yeni konsepsiyaya uyğun təmir edilən Əcəmi filialını müştərilərin ixtiyarına verdi. Filial Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 80E ünvanında (Əcəmi metro stansiyasının yaxınlığında) yerləşir. Əcəmi filialı müştərilərə ənənəvi bank xidmətlərini fərqli tərzdə təqdim edəcək. Artıq müştərilər özlərini daha rahat və səmimi mühitdə hiss edəcəklər.

Axar.az xəbər verir ki, modern üslubda təmir edilən Əcəmi filialının fərqli cəhətləri ondan ibarətdir ki, filialda olan xidmət masaları və oturacaqlar qeyri-standart, əlvan rəngli və müasir tərzdə olmaqla müştərilərin daha rahat xidmət almalarına imkan yaradır. Filial əməkdaşları da fərqli geyimdə müştərilərə xidmət göstərir. Növbə sistemi üzrə əməkdaşlara yönləndirmə masa nömrələrinə görə deyil, əməkdaşın geyim rənginə uyğun təyin edilir.

Kapital Bank-ın Əcəmi filialı müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir.

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən Bakı və regionlarda həyata keçirdiyi filial şəbəkəsinin transformasiyası layihəsini həyata keçirir. İndiyədək 70-dən çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 40-dan çox yeni filial və şöbə istifadəyə verilib. Layihənin davamı olaraq ilin sonuna qədər bir sıra şəhər və rayonlarda yeni xidmət nöqtələri açılacaq, həmçinin bəzi filial və şöbələr əsaslı təmir olunaraq müştərilərin xidmətinə veriləcək.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 111 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.

Tarix
2022.09.22 / 10:30
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident yeni səfirləri qəbul etdi - Foto

Tehranın Bakıya qarşı ritorikası: İran yenə “başladı”?

Qarabağdan gedənlər Azərbaycanla sərhəddən də köçür

Azərbaycan İranı əmin etdi: Hava məkanımız...

Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat

Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan

ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi

Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan

95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!

Cekson-Venik düzəlişi Azərbaycanın üzərindən qaldırıla bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla