Yuxarı

1 manatlıqlar metal pulla əvəz olunacaq? – Rəsmi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
1 manatlıqlar metal pulla əvəz olunacaq? – Rəsmi

Azərbaycanda 1, 3, 5 və 10 qəpik kimi xırda pulların dövriyyəsində müəyyən problemlər müşahidə olunur. Bu qəpiklərdən istifadə, demək olar ki, mümkünsüz olub.

Axar.az Baku.vs-yə istinadən xəbər verir ki, mağazalarda bir çox insan onlara 1, 3 və 5 qəpikliklər qalıq kimi veriləndə bundan imtina edir. Bir sözlə, vətəndaşlar bu qəpiklərin işlənmədiyini deyirlər.

Məsələ ilə bağlı açıqlama verən Mərkəzi Bankın mətbuat xidmətindən bildirilib ki, denominasiya tədbirləri çərçivəsində tədavülə 1 yanvar 2006-cı ildən etibarən 6 nominalda metal pul nişanları buraxılıb:

"Metal pullardan 1, 3 və 5 xırda, 10, 20 orta və 50 qəpiklik yüksək nominallı pul nişanlarıdır. 2021-ci ildə metal pul nişanları 4.4%, xırda nominallı metal pul nişanları isə 10.3% artmışdır. Cari ilin 11 aylıq göstəricilərinə əsasən isə metal pul nişanları 4.5%, xırda nominallı metal pul nişanları isə 9.6% artıb.

Tədavüldə xırda nominallı pul nişanlarına tələbin səbəbi bu pul nişanlarının qiymətlərin formalaşmasında istifadəsi və pərakəndə ticarətdə onlardan geniş istifadənin hələ də qalmasıdır. Qeyd olunanları nəzərə alaraq, Mərkəzi Bank tərəfindən mövcud xırda nominallı metal pul nişanlarının dövriyyədən çıxarılması planlaşdırılmır".

Həmçinin qeyd edilib ki, beynəlxalq təcrübədən irəli gələrək 1 manatlıq kağız pul nişanlarının metal pulla əvəz olunmasının iqtisadi və sosial qiymətləndirilməsi həyata keçirilib və hazırda 1 manatlıq kağız pul nişanının metal pulla əvəz edilməsi də nəzərdə tutulmur.

Tarix
2022.12.06 / 16:21
Müəllif
Axar.az
Digər xəbərlər

"Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir?

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Bakıdakı səfir Acarıstanın sədri ola bilər

İsrailin Azərbaycandakı sabiq səfirinə vəzifə verildi - Foto

Laçın postunun qurulmasının Zəfər tarixində strateji əhəmiyyəti

İran səfiri İlham Əliyevə təşəkkür etdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq...

Paşinyan Anna ilə barışdı

Xəzər dənizindəki limanlara hücum... – İran səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla