ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi
2014-cü ilin yanvar ayında 78 min 106 ton dizel yanacağı, 10 min
157 ton təyyarə yanacağı ixrac edib.
"Axar.az" Dövlət Neft Şirkətinin rəsmi saytına
istinadən məlumat verir ki, 2014-cü ilin yanvar ayında dünya
bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 938,99 dollar,
təyyarə yanacağının - 955,95 dollar, dizel yanacağının - 903,01
dollar, 1 faizli kükürdlü mazutun qiyməti isə 594,81 dollar təşkil
edib.
Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin yanvar
ayında Novorossiysk limanından 84 min 739 ton, Supsa limanından 322
min 996 ton, Ceyhan limanından isə 1 milyon 592 min 40 ton xam neft
ixrac edib.
İdarə tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm
Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks
etdirir.
2014-cü ilin yanvar ayında dünya bazarında Brent tipli xam
neftin 1 bareli 108,26 dollara, Urals nefti - 106,40 dollara,BTC
FOB Ceyhan tipli xam neft isə 108,76 dollara satılıb.