Yuxarı

Azərbaycanı "OPEK+"un iclasında o təmsil etdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanı "OPEK+"un iclasında o təmsil etdi

Energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatına (OPEK) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 36-cı iclasında iştirak edib.

Energetika Nazirliyindən Axar.az-a verilən məlumata görə, iclasda Braziliyanın 2024-cü ilin yanvarından etibarən “OPEK+”a qoşulması razılaşdırılıb. Anqola, Konqo və Nigeriyanın gələn il üçün hasilat kvotaları məsələsinə baxılıb. Bu kvotalar 2024-cü ildə gündəlik neft hasilatının Anqolada 1 110 min barrel, Konqoda 277 min barrel, Nigeriyada isə 1 500 min barrel həcmində olmasını nəzərdə tutur.

Müzakirələr zamanı energetika naziri Pərviz Şahbazov yüksək həmrəylik və rasional tənzimləmə tədbirləri sayəsində 2023-cü ildə qlobal neft bazarındakı vəziyyətin qənaətbəxş olduğunu qeyd edib. Nazir OPEC və qeyri-OPEK ölkələrinin bu birliyinin, konsensus əsasında fəaliyyətinin növbəti il üçün də vacibliyini vurğulayaraq, neft bazarında davamlı sabitlik naminə qərarların qəbulunda yekdilliyi qoruyub saxlamağı tövsiyə edib.

Qeyd edək ki, gələn il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel təşkil edir.

“OPEK+”un növbəti görüşü 2024-cü ilin 1 iyun tarixinə təyin edilib.

Tarix
2023.11.30 / 21:36
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla