Yuxarı

Prezident tapşırıq verdi, yer ayırdı, amma... – Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident tapşırıq verdi, yer ayırdı, amma... – Ekspert

Dünyanın yeganə neft ölkəsiyik ki, paytaxtın mərkəzində neftayırma zavodu var.

Bu sözləri Axar.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapan Neft Emalı Zavodunun köçürülməsinə münasibət bildirərkən deyib.

İlham Şaban bildirib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunun tam şəkildə modernizasiyası hələ 2027-ci ilin IV rübündə başa çatacaq:

“2015-ci ildən 2027-ci ilə qədər 12 il modernizasiya edilən, milyardlarla dollar qoyulan bir obyekti belə asanlıqla köçürmək mümkün deyil. Bu hansısa mağaza deyil ki, buradan götürüb başqa yerə qoysunlar. Neft Emalı Zavodu 1953-ci ildə istifadəyə verilib və istismarda olduğu 70 illik müddəti başa vurub. Hesab edilir ki, tam modernizasiyası başa çatandan sonra 20 il istismarda olacaq və köçürülməyəcək”.

O bildirib ki, Bakı şəhərinin mərkəzində bu kimi obyektin olması təəssüfləndirici haldır:

“Prezident hələ 2008-ci ilin mayında hökumətə tapşırıq vermişdi, Neft Emalı Zavodu Bakı şəhərinin kənarına köçürüləcəkdi. Hətta Səngəçal terminalından 5 km cənub-qərb istiqamətində yer də ayrılmışdı. Təəssüf ki, məsələ həllin tapmadı”.

Tarix
2024.01.12 / 08:30
Müəllif
Sevil Əliyeva
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla