Yuxarı

Fransa Bakıya nələr satır və nə qədər qazanır?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransa Bakıya nələr satır və nə qədər qazanır?

30 illik Ermənistan işğalına göz yuman Fransa Senatının Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qətnamə layihəsi ikili standartların təzahürü olmaqla yanaşı vacib bir sualı gündəmə gətirir: münasibətlərin daha da kəskinləşməsindən iqtisadi baxımdan itirən tərəf kim olacaq?

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməyə münasibət bildirərkən qeyd edib.

Millət vəkili bildirib ki, Azərbaycan ilə Fransa arasında ticarət dövriyyəsi 2022-ci ildə 274 milyon dollar olub. Bunun 222.8 milyon dolları, yəni əhəmiyyətli hissəsi Fransadan idxal idi:

“2023-cü ilin ilk 11 ayında isə 514.2 milyon dollarlıq ticarət dövriyyəsi qeydə alınıb. Belə ki, ötən il ölkələr arasında ticarət dövriyyəsində kəskin artım müşahidə olunub. Bunun 382.3 milyon dolları Fransadan idxal olub. Yəni Azərbaycan ilə ticarət hesabına Fransa şirkətləri 2023-cü ildə birbaşa 400 milyon dollara yaxın valyuta qazanıblar. Ticarət dövriyyəmizdə 250.2 milyon dollarlıq mənfi saldo qeydə alınıb.

Fransadan idxal etdiyimiz malların siyahısına gəldikdə isə 40,9 milyon dollarlıq dərman vasitələri, 9,2 milyon dollarlıq traktorlar, 3,4 milyon dollarlıq sürtkü yağları, 2,3 milyon dollarlıq kərə yağı, digər süd yağları və pastaları, 1,2 milyon dollarlıq təbii üzüm şərabları və üzüm suslosu və s. xüsusi paya malikdir. Azərbaycan isə Fransaya strateji məhsullar göndərib.

Fransa ilə ticarətimizin strukturu göstərir ki, iki ölkə münasibətləri daha da gərinləşəcəyi halda Azərbaycan qısa zamanda alternativ mənbələrdən bu dövlətdən idxal etdiyi məhsulları əvəzləyə biləcək. Gərgin münasibətlər isə Fransa şirkətləri üçün illik 400 milyon dollar ziyan demək olacaq. Azərbaycanın Fransaya ixracatı strateji məhsullar olduğu üçün həmin məhsulların alternativ bazarları kifayət qədər çoxdur.

Bütün bu iqtisadi təhlil ilə yanaşı unutmayaq ki, Fransa Senatının son qətnaməsi kağız parçasından başqa heç nə deyil. Bununla Qafqazdakı yeni düzənə təsir etmək mümkünsüzdür”.

Tarix
2024.01.18 / 22:09
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla