"Azərsell" şirkəti sürətli
mobil interneti hamı üçün əlçatan etmək məqsədi ilə dördüncü nəsil
şəbəkəsinin əhatə dairəsini əsaslı şəkildə
genişləndirir.
Şirkətdən Axar.az-a verilən məlumata görə, Azərsell Telekom
sürətli mobil internetə olan tələbatı nəzərə alaraq 4G şəbəkəsini
intensiv şəkildə inkişaf etdirir.
Şirkət təkcə 2016-cı ilin ilk 5 ayı ərzində Bakıda və Abşeron
yarımadasında 177 yeni LTE stansiyası quraşdırıb.İyun ayının sonuna
isə stansiyaların sayının 220-yə qədər artırılacağı planlaşdırlır.
Hal-hazırda qeyd olunan ərazidə 4G stansiyalarının sayı 480-ə
çatdırlıb. Bununla da sürətli mobil internetə ən çox təlabat olan
Bakı və Abşeronun 4G ilə əhatə olunması səviyyəsi 79% çatıb və
abunəçilər 4G şəbəkəsində100 Mb.s qədər sürətli internetdən
istifadə edə bilərlər.
Yaxın zamanda bölgələrdə də 4G şəbəkəsini genişləndirmək
niyyətində olan "Azərsell", sürətli mobil interneti hamı üçün
əlçatan etmək məqsədi ilə digər vacib tədbirlər də görüb. Məlumdur
ki, 4G şəbəkəsinin üstünlüyündən yararlanmaq üçün ilk növbədə bu
texnologiyanı dəstəkləyən cihazın olması vacibdir. Ölkədə
smartfonların penetrasiyasını artırmaq niyyətini əsas tutaraq,
"Azərsell" öz müştərilərinə bu il ərzində artıq iki güzəştli
smartfon kampaniyasını təqdim edib. Hədsiz tarifinə qoşularaq Ayfon
S6 və Samsung S6 Edge mobil cihazlarını güzəştli şərtlərlə əldə
etmək imkanını qazandıran bu kampaniyalar abunəçilər arasında böyük
maraqla qarşılanıb.
Həmçinin, abunəçilərə müxtəlif
əlverişli internet paketləri təqdim edən "Azərsell", təkcə son il
ərzində Mobil İnterent tariflərində 55%-ə qədər endirim
edib.
Bundan əlavə, may ayından
etibarən bütün "Azərsell" abunəçiləri istənilən "Azərsell" Müştəri
Xidmətləri Mərkəzi və "Azərsell" Ekspres ofislərinə yaxınlaşaraq 4G
şəbəkəsini dəstəkləyən pulsuz sim kart əldə edə
bilərlər.
Məlumat üçün bildirək ki, "Azərsell" Azərbaycanda ilk və ən
böyük LTE (4G) şəbəkəsinə sahibdir. Rabitə və Yüksək Texnologiyalar
nazirliyinin dəvəti ilə mobil şəbəkə keyfiyyətinin araşdırmasını
aparan Global Wireless Solutions şirkətinin nəticələrinə əsasən
"Azərsell" şəbəkəsi bir çox parametrlərə görə ölkənin mobil
operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.
Eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən "Opensignal"
və "Testmy.net" kimi beynəlxalq sistemlərin nəticələrinə görə,
Azərbaycanda ən keyfiyyətli və etibarlı mobil şəbəkə və ən sürətli
Mobil İnternet siqnalı "Azərsell" tərəfindən təmin olunur.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə
bilərsiniz.