Yuxarı

Aqil Abbas: “İşdən qovuldum, töhmət aldım”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aqil Abbas: “İşdən qovuldum, töhmət aldım”

Ölkənin aparıcı mətbu orqanlarından olan "Ədalət" qəzeti 26 yaşını qeyd edir.

"Ədalət" qəzeti 1990-cı ildə yaradılıb. Qəzetin yaradıcısı yazıçı, millət vəkili Aqil Abbas, baş redaktoru isə onun xanımı, xalq şairi Məmməd Arazın qızı, publisist İradə Tuncaydır.

Aqil Abbas qəzetin yaranma tarixi və fəaliyyəti ilə bağlı Axar.az-a danışarkən dedi ki, əvvəlcə qəzet hüquqşünasların orqanı kimi fəaliyyətə başlayıb:

"Ədalət" qəzeti 1990-cı ildə Hüquqşünaslar İttifaqının mətbu orqanı kimi yaradıldı. Yəni hüquq qəzeti idi. Mən baş redaktor oldum, çox çətin şərtlər altında işləyirdik. Cəsarətli qəzet idi. Biz o vaxt hökumət adamlarından çox, demokratik qüvvələri müdafiə edirdik, onların fikirlərinə yer verirdik. Hətta məni işdən də çıxartmışdılar buna görə. Demək, bir dəfə demokratik qüvvələrə, birinci, ikinci, üçüncü səhifədə, Ayaz Mütəllibova isə yeddinci səhifədə yer verdim. Bu, qeyri-adi hadisə idi. Buna görə aləm dəydi bir-birinə. Məni işdən çıxartdılar. Düz 11 dənə töhmət aldım. Amma sonra İsmət Qayıbov bir sözü ilə məni işimə qaytardı. O, çox nadir şəxsiyyət idi. Gedib erməniləri Şuşada ittiham edirdi. Tarixə hələ-hələ belə adamlar gəlmir.

"Ədalət" qəzeti daim maarifçilik ideyaları daşıyıb. Qəzetin amalı türkçülük, vətənpərvərlik, dövlətçilik olub. Bu qəzeti biz Adil Minbaşıyevlə birlikdə yaratmışıq, onun da qəzet üzərində zəhməti böyükdür. Onunla həmişə arzulayırdıq ki, yeni qəzet yaradaq və bu qəzeti 90-cı ildə yaratdıq. Həmişə deyirəm, "Ədalət" qəzetinin yaradılmasında ən çox əziyyət çəkən Adil Minbaşıyev olub, bunu qəzetin üstündə də qeyd etmişəm. Hazırda qəzet İradə xanım Tuncayın rəhbərliyi altında çıxır. Qəzetin yalnız siyasi kursuna mən nəzarət edirəm. Qalan bütün məsələlər İradə xanımın səlahiyyətindədir. Artıq qəzet 26 yaşına çatıb. Öz fəaliyyətini uğurla davam etdirir".

Axar.az olaraq həmkarlarımızı təbrik edirik.

Tarix
2016.07.26 / 15:40
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Ermənistandan Rusiyaya qarşı sensasion addım

Ceyhun Bayramov Kaya Kallasla görüşdü

AB və İrəvan arasında sazişin Bakı ilə bağlı bəndi

Prezident Martin Çunqonqu qəbul etdi - Foto

Kaya Kallas Azərbaycandadır

Bakı ilə sülh sazişindən sonra bu sənədlər imzalanmalıdır

Azərbaycanlı ekspertlər İrəvanda beynəlxalq konfransında…

İlham Əliyevin İrəvandakı sammitdə iştirakı... - Koşta

Azərbaycan siyasətini dəqiq strategiya ilə qurur

Əliyev İrəvan çıxışında təsdiqlədi: "Plan" məhv edilib!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla