Yuxarı

Professordan AMEA-nın pul cəzasına münasibət

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Professordan AMEA-nın pul cəzasına münasibət

Hələlik cəmiyyətimiz və ana dili daşıyıcılarımızla bağlı vəziyyət o həddə çatmayıb ki, ədəbi dilin normalarını pozanlara qarşı pul cərimələri tətbiq olunsun.

Bunu Axar.az-a əməkdar jurnalist, professor Qulu Məhərrəmli Azərbaycanda ədəbi dilin normalarını pozanlara qarşı pul cəriməsi təklifinə münasibətində bildirib.

Q.Məhərrəmli deyib ki, dilin düzgün işlədilməsi inzibati qaydalarla yox, sevgi ilə mümkündür: "Milli heysiyyətə bağlı olan dil təəssübkeşliyi, içdən gələn sevgi olmasa, biz bu sahədə uğur qazana bilməyəcəyik. Üstəlik, yol hərəkəti sistemindən fərqli olaraq, biz hələlik dil normaları ilə bağlı qaydaları mükəmməl şəklə salmamışıq".

Q.Məhərrəmli diqqətə çatdırıb ki, əvvəllər də "Dil polisi" yaratmaq, ədəbi normaları pozanları cərimə etmək barədə təşəbbüslər olub, amma yaxşı ki, bunlar müzakirə səviyyəsindən o yana getməyib.

Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Möhsün Nağısoylu ədəbi dilin normalarını pozanlara qarşı inzibati cəzanın tətbiqi ilə bağlı təklifin irəli sürüldüyünü və bunun AMEA-nın rəhbərliyi tərəfindən bəyənildiyini bildirmişdi.

Tarix
2016.10.21 / 22:54
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla