Yuxarı

Ağdamın məşhur “Çay evi”nin maraqlı - Tarixçəsi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

XX əsrin 80-ci illərinin ortalarından başlayaraq, SSRİ-də yeni siyasi, iqtisadi və ictimai mühit formalaşmağa başladı. Sərxoşluğu və alkoqolizmi aradan qaldırmaq haqqında keçmiş Sov.İKP MK-nın məlum qərarı Ağdamda yeni çay evinin yaranmasına təkan verdi. Beləliklə, yeni tikilən çay evi Ağdam şəhərinin simvoluna çevrildi.

Axar.az jurnalist Fəxri Hacıbəyin Ağdamdakı "Çay evi"nin tarixçəsi ilə bağlı Feysbuk səhifəsində paylaşdığı yazını təqdim edir:

"Çay evi"nin yaranmasının maraqlı tarixçəsi var. Belə nəql edirlər ki, günlərin birində üzərində Çin memarlığının görüntüsü olan bir jurnal AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Xudu Məmmədovun diqqətini çəkir. Şəklidə çay evinə oxşar binanın təsviri var imiş. O bu şəkli ilk növbədə Ağdam RPK-nın o zamankı birinci katibi işləyən, yaxın dostu Sadıq Murtuzayevə göstərməyi qərara alır. Bu məqsədlə Ağdama gələn Xudu müəllim görüşdə belə bir binanın Ağdamda inşa edilməsini xahiş edir. Şəkil Sadıq Murtuzayevin də xoşuna gəlir və Xudu müəllimin sözünü yerə salmır. Birinci katib rayonun imkanlı təşkilat rəhbərlərinin iştirakı ilə müşavirə keçirir və işi həmin dövrdə Ağdam Rayon İstehlak Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsində çalışan Rəşid Məmmədova həvalə edir. Həm də tikiləcək bina gələcəkdə onun rəhbərlik etdiyi təşkilatın balansına veriləcəkdi.

Xudu müəllimin katiblə söhbətində obyektin gələcək təyinatı da müəyyən edilmişdi: obyekt "Çay evi" kimi fəaliyyət göstərəcəkdi. "Çay evi"nin tikintisində ən çətin işi - günbəzin sinklənmiş dəmirlə vurulmasını isə Ağdamda məşhur dəmirçi sayılan Mamed kişi görür.

1986-cı il iyulun 26-da "Çay evi"nin təntənəli açılış mərasimi olur.

Bir maraqlı hadisəni də binanın üstünü vuran dəmirçi Mamed nəql edirdi. Mamed kişi illərlə evinə telefon çəkilməsi üçün növbə gözləsə də, məsələ həll olunmurmuş, kişini get-gələ salıblarmış.

Binanın günbəzşəkilli damını dəmirlə örtmək həm məsuliyyətli, həm də təhlükəli olduğundan bu işi kimsə üzərinə götürmür, bircə Mamed kişi sinəsini irəli verir ki, işi mən üzərimə götürürəm. Onu S.Murtuzayevin yanına gətirirlər.

- Bacararsanmı bu işi?

- Allah qoysa, Sadıx məllim!

Razılaşırlar və otaqdan çıxarkən, qəfildən yadına düşür ki, katibin qəbuluna düşmək çətindir, elə burda ikən evinə telefon çəkilməsi məsələsini də xahiş eləsin!

İş iki gün çəkir. İkinci gün işini bitirib evə gələn Mamed kişi evə artıq telefon çəkildiyini görür və ilk zəngi S.Murtuzayevdən alır. Təbii ki, çay evindəki işini layiqincə yerinə yetirdiyinə görə təşəkkür zəngi".

Tarix
2016.10.27 / 10:19
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Paşinyan İncildən paylaşım etdi: Sülh yaradanlar nə bəxtiyardır

Bakı və İrəvan arasında sülh sazişi... - Rubio

Tarixi an: Əliyev və Paşinyan sülh imzalandığını elan edəcək

Sabah Ağ Evdə Əliyev və Paşinyan... - Tramp elan etdi

ABŞ-la Azərbaycan anlaşma memorandumu imzalayacaq

İlham Əliyev və Paşinyan Bəyannamə imzalayacaq

İlham Əliyev ABŞ-da Uitkoffla görüşdü - Video

Tramp Azərbaycanla bağlı sənəd imzalayacaq

Görüşün 8 avqusta təyin olunması təsadüf deyil!

Zəngəzurdan “Tramp marşrutu”: ABŞ-da nələr gözlənilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla