Yuxarı

Con Lenon “sinif klounu” imiş

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bitlz" qrupunun "müəllimin stuluna mismar qoyan", "qızların saçına saqqız yapışdıran" "pis balaca uşaqdan" bəhs edən "Pis oğlan" (Bad boy) mahnısı var. İndi ConLenonun məktəb illərindən qalma, 15 yaşı olanda yazdığı vərəq auksiona çıxarılıb. Belə görünür ki, müğənninin öz məktəb təcrübələrindən bəhs etdikləri LeriVilyamsı "Pis oğlan" mahnısını yazmağa ruhlandırıbmış.

Sənədlər göstərir ki, Liverpulda "Oğlanlar üçün Karxana Bankı Orta Məktəbində" oxuyan Lenon "sinif klounu" kimi məşhur imiş. Müəllimlər tərəfindən verilən cəzaların səbəbləri "sabotaj", "dürtmək", "sinifdə dalaşmaq" kimi şeylərmiş.

Bir gün ərzində üç dəfə həbsdə olub

İki dəfə Lenonun başına belə hadisə gəlib: bir gün ərzində üç dəfə həbsdə olub. Güman ki, "Pis oğlan"ın həbsə düşmə səbəbləri bu imiş: "O məktəbə getməyi, oxumağı, yazmağı, öyrənməyi istəmir, evdə işsiz-gücsüz oturub, bütün gecəni rok-n-rol musiqisi çalır".

Vaxtilə Lenonun sinif rəhbəri olmuş Piter Biç, "Eynilə ConLenonun yazısıdır. O, çox sırtıq oğlan idi. Bütün məhdudiyyətlərə baxmayaraq, istədiyini edirdi. Sinif otağında Conu sakit saxlayırdınsa, deməli, bütün sinfi sakit saxlamış olurdun",- deyir.

Vərəqlər 1955-ci il 19 may və 23 iyun gələcək "Bitlz" üzvü 3b sinfində və 1955-ci ilin 25 noyabrından 1956-cı ilin 13 fevralına qədər 4c sinfində oxuduğu dövrləri əhatə edir.

"Axar.az"ın İngiltərənin "Theİndependent" saytına istinadən verdiyi xəbərə əsasən,"TracksAuction.com" auksionerləri sənədlərin 1970-ci ilin sonlarında yandırılan bir kitabdan gəldiyini deyirlər. Anbarı yığışdıranlardan biri kitabda Lenon adına rast gəlib və "Bitlz"a müraciət edib. "TracksAuction.com"a müvafiq olaraq xatirə kimi kitabın iki vərəqi cırılıb və o vərəqlərin 2000-3000 avro arasında qiymətlə auksiona çıxarılacağı gözlənilir.

Tarix
2013.11.11 / 21:30
Müəllif
Nilüfər Muğantürk
Digər xəbərlər

Kurenkov Bakıdan Moskvaya əliboş qayıtdı

Yekaterinburqda saxlanılan Ayaz Səfərovla bağı qərar

Əliyevlə Paşinyanın görüşü başladı - Video

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi...

Elşən İbrahimov Rusiyanı belə tərk elədi - Video

Rusiya Azərbaycandan bu məhsulların idxalına qadağa qoydu

İlham Əliyev BƏƏ prezidentinə hədiyyə təqdim etdi - Foto

Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Baş nazir mühüm qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla