Yuxarı

Bülbüloğlu dillə bağlı çətinliyindən danışdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bülbüloğlu dillə bağlı çətinliyindən danışdı

YUNESKO-nun baş katibi vəzifəsinə namizədlərin hamısı güclüdür.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri, YUNESKO-nun baş katibi postuna namizəd Polad Bülbüloğlu deyib. O bildirib ki, bu, həm siyasi, həm də ideya və təkliflər mübarizəsidir:

“Geosiyasət çox böyük önəm kəsb edir. Hələ qarşıda 5 ay var, hər şeyin necə cərəyan edəcəyini görəcəyik. Bütün hallarda qələbə üçün çalışacağıq. Bir də namizədlərin çıxış edəcəyi iclas olmayacaq. Lakin biz mayın 18-də Nəsiminin ildönümünü qeyd edəcəyik və mən orada da çıxış edəcəyəm”.

P. Bülbüloğlu Parisdə ingilis dilində çıxış etməsi ilə bağlı tənqidlərə də toxunub və bildirib ki, ingiliscə bir çox mədəniyyət nazirlərindən daha yaxşı danışır:

“Dil məsələsi mübahisəlidir. BMT-də olduğu kimi, YUNESKO-da da 6 əsas dil keçərlidir. Bunlardan biri rus dilidir. Mən bu dili mükəmməl bilirəm. Orada tələb oldu ki, ingilis və ya rus dili olsun. Lakin mən bu tələbin nə dərəcədə qanuna uyğun olması barədə danışmayacağam. Bütün hallarda mən suallara cavab verdim. Mən bu dili ingilislər kimi bilmirəm. Qarşıda 5 ay var, hələ hazırlaşacağam. Bununla yanaşı, işin içinə düşəndə də dil açılır. YUNESKO-nun hazırkı çətin dövrünü nəzərə alsaq, əsas məsələ insanın beynindəkilərdir, onun hansı ideyaları irəli sürməsidir. Bu gün bu quruma onun problemlərini həll edə biləcək qətiyyətli adam lazımdır. Hansı ki bu adam yeni ideyalar yanaşmalar və islahatlar təklif edə bilsin. Mənim krizis menecmenti sahəsində çox gözəl təcrübəm var. Mən Sovet İttifaqı dağılan dövrdə Azərbaycanın mədəniyyət naziri olmuşam. Bir neçə il maliyyə çatışmazlığı oldu. Lakin biz bir dənə də olsun muzey və ya teatr bağlamadıq, bütün infrastrukturu saxladıq”.

Səfir Ermənistan tərəfinin onun namizədliyi ilə bağlı narahatlıqlarına və açıqlamalarına da münasibət bildirib. O deyib ki, erməni tərəfindən başqa hərəkət də gözləmək olmazdı: “Bakının mərkəzində bərpa olunmuş Ermənistan kilsəsi var. Orada erməni dilində 5 min kitab saxlanılır. Onların arasında heç Ermənistanda olmayan kitablar da var. Azərbaycan xristian dünyasına tarixi abidələrin bərpasında kömək edir. Bu, qonşularımızın dəfələrlə etdiyi növbəti təxribat hərəkətidir”.

Tarix
2017.05.06 / 13:31
Müəllif
Kult.az
Digər xəbərlər

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

Nə muxtariyyət, nə hərbi struktur: SDQ tam “əriməlidir”

Sülh Şurasına qoşulmaq Bakıya nə qazandıracaq?

Bakının bunu etməsi böyük hadisədir - Subari

Qarabağı Azərbaycan adlandıran nazirə hücum

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla