Yuxarı

Allahı razı salmağın yolu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paulo Koelyodan üç ibrətamiz hekayə

1

Kimin nəyi varsa...

Bir müdrik Akbar kəndinə gəlir, amma heç kim ona əhəmiyyət vermir. Bir neçə gəncdən başqa müdrik heç kim üçün maraq kəsb etmir. Əksinə, kəndin sakinləri ona iztehza edib, onu dolayırlar. Bir gün müdrik öz şagirdləri ilə kəndin ən böyük yolundan keçirmiş. Bu vaxt bir qrup qadın və kişi müdriki təhqir etməyə başlayır. Müdrik onlara yaxınlaşıb onu təhqir edənləri alqışlayır. Həmin adamlar çıxıb gedəndən sonra şagirdləri müdrikə irad tutub deyirlər:

- Onlar ağızlarına gələni sizə dedilər, siz isə, onlara xoş söz dediniz.

Müdrik şagirdlərinə belə cavab verir:

- Bizim hər birimiz nəyimiz varsa onu da başqalarına təklif edirik.

2

Sənin haqqında nə deyəcəklər

Balaca uşaq olanda Abin-Alsar təsadüfən atasıyla dərviş arasında olan söhbəti eşidir:

- İşində ehtiyatlı ol. Gələcək nəsillərin sənin barəndə nə deyəcəklərini də düşün! - dərviş deyir.

- Nə? Mən öləndə hər şey bitəcək, mənim barəmdə kimin nə deyəcəyinin mənə dəxli yoxdur.

Abin-Alsar bu söhbəti heç vaxt unutmur. Bütün həyatı boyu yaxşılıq etməyə çalışır, insanlara kömək edir, insanlara münasibətilə başqalarına nümunə olur.

O öləndə yaşadığı şəhərin vəziyyətini yaxşılaşdıran çoxlu sayda əməlləri qalır.

Onun başdaşında aşağıdakı epitafiya həkk olunub:

"Ölümlə sona çatan həyat yaxşı yaşanmamış həyatdır".

3

Allahı razı salmağın yolu

Bir dəfə bir nəfər abbatın yanına gəlib Allahı razı salmaq üçün ən yaxşı məsləhət istəyir.

- Qəbirstanlığa get və ordakı ölüləri təhqir elə,- abbat məsləhət verir.

Həmin adam abbat dediyi kimi də edir, o biri gün təzədən onun yanına qayıdır.

- Ölülər sənə cavab verdilərmi?- abbat ondan soruşur.

Həmin şəxs deyir:

- Yox, heç nə demədilər.

- Elə isə bu dəfə get ölüləri təriflə, - abbat deyir.

Həmin şəxs deyilənə əməl edir. Elə həmin gün yenidən abbatın yanına qayıdır. Bu dəfə də abbat ondan soruşur ki, ölülər ona cavab verib, ya yox.

- Yox, ölülər heç nə demədilər.

- Allahı razı salmaq üçün sən də ölülər kimi hərəkət elə. Adamların təhqirinə, tərifinə əhəmiyyət vermə. Yalnız bu yolla həyatda öz yolunu kəşf edə bilərsən, - abbat deyir.

Tərcüməçi: Sevil Gültən

Tarix
2014.05.24 / 22:22
Müəllif
Axar.az
Digər xəbərlər

Bir çox ölkə Azərbaycan qazından istifadə edib...

Bu sistemi sıfırdan qurmuşuq - Prezident

Həm İtaliya, həm də Çin... - İlham Əliyev

İran Avropanın üç tələbini qəbul edərsə…. - Politoloq

İranın hücumu “simvolik” olsa da, radikal addım ata bilər

Bu gün Elçibəyin doğum günüdür

Şəhərlərimizin bombalanması əmrini İrəvanın verdiyi təsdiqləndi

Meksikalı diplomatlar da Azərbaycana təxliyə olundu

İrəvanın azərbaycanlıların qayıdışı ilə bağlı bu bəyanatı...

Arutyunyan etiraf etdi: Suriyadan gətirilən ermənilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla