Yuxarı

Nazirlik işdən çıxarılmalara aydınlıq gətirdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və Turizm Nazirliyi müğənnilərin Rəşid Behbudov adına Dövlət Mahnı Teatrından çıxarılmaları ilə bağlı məsələyə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva Axar.az-a açıqlamasında bildirib ki, bu tədbirlər Teatrın işinin gücləndirilməsi məqsədilə aparılır:

"2009-2019-cu illər üçün Dövlət Proqramında estrada musiqisinin inkişaf etdirilməsi məqsədilə bu sahədə islahatların aparılması nəzərdə tutulub. Sənəddə Estrada ansablının yaradılması da yer alıb. Mahnı Teatrındakı işdən azad edilmələr də bu islahatlarla bağlıdır. Proqrama və Prezidentin bununla bağlı sərəncamına uyğun olaraq tədbirlər görüləcək".

Z.Əliyevanın sözlərinə görə, bir müddət əvvəl ləğv edilən Muğam Teatrı və Mahnı Teatrının bazasında 2 yeni estrada ansambılı yaradılacaq. Həmin teatrlarda çalışan müğənnilər, eləcə də yeni simalar həmin ansambllarda yer alacaqlar.

Xatırladaq ki, Rəşid Behbudovun qızı Rəşidə Rəşid atasının adını daşıyan Mahnı Teatrından çıxarıldığı barədə açıqlama verib və bunu ailəsinə qarşı diqqətsizlik kimi dəyərləndirib. Atasının vəfatının ildönümü ilə bağlı anım tədbirlərinin keçirilməməsindən gileylənib.

Məsələyə aydınlıq gətirən Z.Əliyeva 2015-ci ildə Rəşid Behbudovun 100 illik yubileyinin keçirilməsinə hazırlıq görüldüyünü bildirib.

Onu da deyək ki, bu gün dünya şöhrətli müğənninin vəfatının 25-ci ildönümüdür.

Tarix
2014.06.09 / 20:57
Müəllif
Fərqanə Vəkilova
Digər xəbərlər

Bu, insanlar üçün davamlı təhlükədir - PA rəsmisi

Bakı qazı Suriyanın iqtisadi bərpasının təminatıdır - Səfir

Zəngəzur anlaşması: İlham Əliyev tələb etdi, İrəvan razılaşdı

Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək

ABŞ diplomatı Şəhidlər xiyabanında - Foto

Şlyapa Zahidə hökm oxundu

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır

Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov

Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır

Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla