Məşhur yazıçılar haqqında saysız-hesabsız informasiya
toplamaq olar – necə yaşayıblar, ölümsüz əsərlərini necə
yaradıblar, nə fikirləşiblər, hansı kitabları oxuyublar... Ancaq
bəzən çox yaxşı tanıdığımız insana tamam başqa, yeni nəzərlərlə
baxa bilmək üçün maraqlı, yaxud hətta pərtedici də olsa,
gözlənilməz təfərrüatlı bircə ibarə də kifayətdir.
Corc Bayron
Corc Bayron: "Bütün 24 saatın hamısını dahi ola bilmirəm, üzümü
qırxmağa vaxt qalmır". Böyük şair axsaq və köklüyə meyilli idi,
maniakal-depressiv psixozdan əziyyət çəkirdi, bununla yanaşı
məhəbbətlə, sevgi ilə dolu bir insan idi – bəzi məlumatlara görə,
bir il ərzində Venetsiyada 250 xanımı xoşbəxt etmişdi. Bayronun çox
qəribə bir kollekssiyası var idi – sevgilisi olmuş qadınların alın
hissəsindən kəsilmiş saçlardan ibarət kolleksiya...
Çarlz Dikkens
Çarlz Dikkens: "Odlu şamın ətrafında həmişə mığmığa və cücülər
dolanır, ancaq məgər bunun günahı şamdadır?"
Dikkens hipnozla maraqlanırdı. O zaman buna mesmerizm də
deyirdilər. Onun ən çox sevdiyi əyləncələrdən biri Paris morquna
getmək idi. Burada tanınmayan cəsədlər saxlanılırdı. Çarlz Dikkens
yatanda həmişə başını şimala sarı qoyurdu. Oturanda da elə otururdu
ki, üzü şimala baxsın.
Оskar Uayld
Oskard Uayld: "Mən heç nə haqqında danışmağı xoşlayıram – bu
mənim başım çıxan yeganə şeydir".
Uayld çox özünəməxsus və ekstravaqant şəxsiyyət idi. Hətta bir
dəfə sodomiyada (heyvanla cinsi əlaqə - tərc.) təqsirləndirilərək
iki il həbs cəzasına məhkum edilmişdi. Ancaq bu, Oksford
universitetini əla qiymətlərlə bitirməsinə mane olmamışdı.
Həyatının sonuna yaxın adını dəyişərək Sebastyan Melmot
qoymuşdu.
Ernest Heminquey
Ernest Heminquey: "Əsil cəsurlara duelə çıxmaq gərək deyil,
ancaq qorxaqların çoxu özlərini cəsur olduqlarına inandırmaq üçün
həmişə buna gedirlər".
Heminquey peyrafobiyadan (ictimaiyyət qarşısında çıxış etməkdən)
əziyyət çəkirdi, bundan başqa o, ən səmimi oxucu və
pərəstişkarların da, yaxın dostlarının da tərifli sözlərinə
inanmırdı. Yazıçı beş müharibədən, dörd avtomobil, iki təyyarə
qəzasından keçmişdi. O, FB-nin (Federal Büro) onu izləməsindən
tez-tez və həvəslə danışardı. Həmsöhbətləri istehza ilə
gülümsəyərdilər. Ancaq sonralar məlum oldu ki, o, düz deyirmiş.
İndi üzə çıxarılmış məxfi sənədlər göstərir ki, yazıçı həqiqətən də
təqib olunurmuş və bu, paranoyya (ruhi xəstəlik) əlaməti
deyilmiş.
Lüis Kerroll
Lüis Kerroll: "Dünyamızda dəlilər var".
Kerroll gündəliyində həmişə hansısa günahını etiraf edirdi.
Ancaq yazıçının obrazını ləkələməmək üçün gündəliyinin bu
səhifələri ailəsi tərəfindən məhv edilib. Kerrollun
tədqiqatçılarından biri həqiqətən belə hesab edir ki, "İçalatı çölə
tökən Cek" məhz Kerroll olub. Məlum olduğu kimi, bu cani ələ
keçməyib. Kerrol bataqlıq qızdırmasından, sistit, lümbaqo (bel
ağrısı – tərc.), ekzema, furunkulyoz (çoxlu çiban çıxarma – tərc.),
artrit, plevrit, revmatizm, yuxusuzluq və bir yığın müxtəlif
xəstəliklərdən əziyyət çəkirdi. Bütün bunlardan əlavə onun, demək
olar ki, fasiləsiz və çox güclü baş ağrılaı olurdu. Kerroll
üçtəkərli velosiped, ad və tarixləri yadda saxlamaq üçün mnemonik
(hafizəni möhkəmlətmə və mükəmməlləşdirmə üsulları – tərc.) sistem
və elektrik qələm ixtira etmişdi.
Frans Kafka
Frans Kafka: "Hər şeydən daha az yalan danışmaq üçün səbəb
olanda deyil, hər şeydən daha az yalan danışanda hər şeydən daha az
yalan danışırlar".
Klerk (Qərbi Avropanın bəzi ölkələrində kontor xidmətçisi –
tərc.) işləyib. Müasir təsəvvürlərlə tipik uğursuz ofis planktonu
(suda yaşayan və ancaq su cərəyanı qüvvəsi ilə hərəkət edən bitki
və ya heyvan orqanizmləri – tərc.) olub. Frans Kafka qəssab və
vegetarianın nəvəsi idi. Bütün ömrü boyu ictimaiyyətə məlum olmayan
bir neçə hekayəsini dərc etdirə bilib. Ölümündən əvvəl qəyyumu Maks
Broda vəsiyyət edib ki, onun bütün əlyazmalarını məhv etsin. Ancaq
Frans Kafka mərhumun vəsiyyətinə əməl etmir və Frans Kafka dünya
şöhrətli yazıçı olur. Ölümündən sonra.
Uilyam Şekspir
Uilyam Şekspir: "Başqalarının günahlarını mühakimə etməyə
ciddi-cəhdlə can atırsınız, özünüzünkülərdən başlasanız
başqalarınınkılara gedib çatmazsınız".
Bir versiyaya görə, Uilyam Şekspir eyni gündə anadan olub və
ölüb – 23 apreldə. Müasirləri deyirdilər ki, o, brakonyerliklə
məşğul olurmuş – ser Tomas Lüsinin torpaqlarında maral ovlayırmış.
Yazıçının şərəfinə Merkuridəki kraterlərdən biri Şekspir
adlandırılıb.
Lev Tolstoy
Lev Tolstoy: "İnsanlar çox vaxt vicdanlarının təmiz olması ilə
ona görə fəxr edirlər ki, çox qısa yaddaşları var".
Sofya Bers ilə zifaf gecəsi 34 yaşlı Lev Nikolayeviç Tolstoy 18
yaşlı yenicə gül açmış arvadını məcbur edir ki, gündəliyinin
ayrı-ayrı qadınlarla (təhkimli kəndli qadınlardan başqa) aşiqanə
macəralarından ətraflı bəhs edən səhifələrini oxusun. Tolstoy
istəyirdi ki, gələcək arvadı ilə aralarında heç bir sirr olmasın.
Tolstoy öz romanlarına, o cümlədən "Hərb və sülh"ə şəkk-şübhə ilə
yanaşırdı. 1871-ci ildə o, Fetə məktub göndərir: "Mən necə də
xoşbəxtəm... ki, bir daha heç vaxt "Hərb" kimi şöhrət qazanmış
cəfəngiyat yazmayacağam". Yazıçı paltarın altından asılan xaç
əvəzinə boynunda fransız maarifçisi J.J.Russonun portretini
gəzdirirdi.
Aqata Kristi
Aqata Kristi: "Söhbət – insanların düşünməyinə mane olmaq üçün
icad olunub".
Birinci dünya savaşı zamanı hərbi qospitalda tibb bacısı olub,
sonra isə aptekdə işləyib. Ona görə də zəhərdən yaxşı başı çıxırdı,
kitablarında baş verən qətllərin əksəriyyəti də məhz zəhərlənmə
yolu ilə həyata keçirilmişdi. Aqata Kristi disqrafiyadan əziyyət
çəkirdi, yəni, demək olar ki, əli qələm tutmurdu. Romanlarının
hamısını diktə etmişdi. Aqata Kristinin tanışı Brayan Aldiss bir
dəfə danışırdı: "O, kitabı sonuncu fəslə qədər yazıb qurtarırdı,
sonra şübhə doğuranlardan ən az ağlabatanını seçirdi və "məhz onu
günahkar etmək üçün" əvvələ qayıdaraq bəzi məqamları yenidən
işləyirdi".
Anton Çexov
Аnton Çexov: "Bir-birimiz haqqında ilk təəssürata və yaxud
iki-üç əlamətə əsasən mühakimə yürüdə bilək deyə, hər birimizdə
həddindən artıq vint, çarx və klapanlarımız var".
Çexov fahişəxanaları gəzməyin böyük həvəskarı idi. Yad şəhərə
düşən kimi ilk işi oranı bu nöqteyi-nəzərdən araşdırmaq olurdu. O,
çox böyük şövqlə poçt markaları toplayırdı, həm də bu işi ömrünün
sonunadək davam etdirdi. Anton Çexov Çaykovski ilə dost idi və
hətta "Buludlu səhər" hekayələrini ona həsr etmişdi. Ədəbiyyatdan
zəif olduğu üçün 3-cü sinifdə qalmışdı. Çexov yazmağa oturanda
qonaqlıq kostyumu geyinərdi.
Artur Konan Doyl
Artur Konan Doyl: "Həddindən artıq göz önündə olan faktdan daha
aldadıcı heç nə yoxdur".
Şerlok Holmsın yaradıcısı okkultist (bəzi mistik təlimləri icra
edən – tərc.) idi və balaca qanadlı pərilərin mövcudluğuna
inanırdı. Yazıçı Şerlok Holms haqqındakı hekayələrində
kriminalistikanın hələ polisə məlum olmayan bir çox metodlarını
təsvir etmişdi. Onlarıın arasında siqaret kötükləri və külünün
toplanması, yazı makinalarının eyniləşdirilməsi, hadisə yerindəki
izlərin lupa ilə araşdırılması da var idi. Sonralar polisllər
Holmsın bu və digər metodlarından geniş istifadə etməyə başladılar.
Artur Konan Doylun Bernard Şou ilə çox gərgin münasibələri var idi.
Bernard Şou bir dəfə Şerlok Holms haqqında demişdi: "Bir dənə də
olsun yaxşı keyfiyyəti olmayan narkoman".
Dul qalmış arvadının xahişi ilə Arturun qəbirüstü daşına
cəngavər şüarı həkk olunub: Steel True, Blade Straight ("Polad kimi
sədaqətli, tiyə kimi dümdüzdür").