Avstraliya hökuməti "Qəraib dənizinin quldurları" (5)
filminin çəkilişlərinin öz ölkəsinin ərazisində keçirilməsi üçün
Disney studiyasına 20 milyon dollar ödəməyə razılıq
verib.
Axar.az xəbər verir ki, bu barədə Avstraliya Mədəniyyət naziri
Corc Brandis jurnalistlərə açıqlamasında bildirib.
Təqdim olunan məbləğ Disneyin tələbatlarını tam ödəmir. Ancaq
Avstraliya hökuməti ümid edir ki, ştatların administrasiyası da
layihəni dəstəkləyəcək və filmin öz ərazilərində çəklişi üçün əlavə
pul vəsaiti ayıracaq.
Disney şirkəti, ehtimal ki, filmin çəkilişi üçün başqa yerlərə
də baxacaq, təbii, suda iri miqyaslı çəkilişlərə imkan verə biləcək
yerlərə... Misalçün, Meksikaya... Məlumdur ki, Hollivudun kino
xadimləri əvvəllər Avstraliyada müntəzəm işləyirdilər, ancaq
valyuta kursunun oynaması və digər bəzi maliyyə çətinlikləri
filmmeykerlərin axınını nisbətən yavaşıtdı...
Qeyd edək ki, bundan öncə Avstraliya hökuməti Disneyin digər bir
layihəsini – "Su altında iyirmi min lyö" filmini mailiyyələşdirməyə
söz vermişdi. Lakin rejissor Devid Finçer filmin quruluşu üzərində
işləməkdən imtina etdiyi üçün çəkilişlər donduruldu.
Gözlənildiyinə görə, "Qəraib dənizinin quldurları" filminin
beşinci hissəsinin istehsalı 2015-ci ilin əvvəllərində başlayacaq.
Hazır lentin buraxılış tarixi isə 2017-ci ilə planlaşdırılıb.
Filmin "qaralama" adı "Ölülər nağıl söyləmir" adlanır.
Xatırladaq ki, "Qəraib dənizinin quldurları" seriyasından olan
ilk film -"Qara mirvari"nin lənətləri" 2003-cü ildə ekranlara çıxıb
və 654 milyon dollar toplayıb. Üç il sonra yaranan ikinci hissənin
gəlirləri isə artıq milyarddan çox idi. Üçüncü film 2007-də
ekranlara çıxdı və yenə də ən gəlirli əsərlərdən biri oldu. Əvvəlcə
trilogiya ilə kifayətlənməyi planlaşdıran Disney şirkəti 2011-ci
ildə dördüncü filmi də istehsal etdi. İndi isə beşincisi
hazırlanır...