Yuxarı

Sərəncam icra olunur: yubiley törəni keçiriləcək

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərəncam icra olunur: yubiley törəni keçiriləcək

Xalq yazıçısı Qılman İlkinin 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyevin "Qılman İlkinin 100 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə oktyabr 1-i saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram teatrında yubiley tədbiri keçiriləcək.

Tədbir çərçivəsində "Dan ulduzu" instrumental ansamblının və sevilən müğənnilərin ifasında musiqi parçaları, ədibin müxtəlif əsərləri əsasında hazırlanmış səhnəciklər və ssenari müəllifi olduğu filmlərdən fraqmentlər tamaşaçıların diqqətinə təqdim olunacaq.

Qeyd edək ki, xidmətlərinə görə "Qırmızı əmək bayrağı", "İkinci dərəcəli Böyük Vətən Müharibəsi" ordenləri, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və medallarla təltif olunan, Qafqaz xalqları Ali Dini Şurasının "Paklıq" mükafatına və Xalq yazıçısı fəxri adına layiq görülən Qılman İlkin "Qalada üsyan", "Şimal küləyi", "Hədiyyə", "Dağlı məhəlləsi", "Dəniz qapısı", "Madam Qədri" kimi kitabların müəllifidir.

Tarix
2014.10.01 / 00:20
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla