Yuxarı

Nəşr tarixi: dəsmal qəzetlər, rezin kitablar…

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nəşr tarixi: dəsmal qəzetlər, rezin kitablar…

XVII yüzillik kitabın hazırlanmasının olduqca qeyri-adi üsulları ilə fərqlənir. O vaxt hərflər kitabın səhifəsində çap olunmurdu, çox böyük zəhmətlə kəsilirdi. Belə kitabları oxuyarkən artıq kəsilmiş hərfləri olan vərəqin altına rəngli kağız qoyurdular. Beləliklə, hərflərin konturları sanki rənglənmiş olurdu və asanlıqla oxunurdu. Ağlasığmaz dərəcədə çətin üsulla hazırlanan bu kitablardan dövrümüzə cəmi 25 nüsxə gəlib çatıb.

Bu günümüzə gəlib çatan ən maraqlı kitablardan biri də Avstriyada nəşr olunub. 58 müxtəlif hekayədən ibarət olan bu kitabda hər bir hekayə müxtəlif rəngli kağızda çap olunub.

Daha bir maraqlı kitab – Fransada nəşr olunan şeirlər kitabıdır. Bu kitabdakı mətnlər qara vərəqlərdə ağ hərflərlə yazılıb.

1934-cü ilin Amerika təqvimi də xüsusi diqqətə layiqdir. Bu təqvimdə yanvar və fevral ayları basma kağızda, mart və aprel ayları papiros kağızında, may və iyun ayları ağcaqanadı qovmaq üçün istifadə edilən kağızda, iyul və avqust ayları isə ağcaqanad tutmaq üçün yapışqan kağızda, sentyabr və oktyabr ayları yazı makinası üçün kopirkada (surətçıxara kağız), noyabr və dekabr ayları isə süzgəc kağızında çap olunub.

Bir dəfə fransız qəzetlərinin biri xəbər tirajını nazik yayılmış xəmirdə yeməli mətbəə boyası ilə, digər bir fransız qəzeti isə çimərkən rahat olsun deyə nazik rezin üzərində çap etmişdi.

İngiltərədə kağızın əvəzinə xüsusi parçadan istifadə etməyi fikirləşib tapıblar. Belə qəzeti oxuduqdan sonra adicə burun dəsmalı kimi də işlətmək olardı.

Tarix
2014.10.28 / 08:00
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla