
Emin danışdı: Bakıda kazino açmağımın səbəbi budur - Video
11:46
Ana səhifə Kult |
![]() ![]() ![]() ![]() |
C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və "Buta Films" şirkətinin birgə istehsalı olan "Sonuncu" filmi London Şəhər Beynəlxalq Film Festivalında (London City İnternational Film Festival) əsas müsabiqə proqramında iştirak edib.
Axar.az xəbər verir ki, 17 filmin üç mükafat uğrunda mübarizə apardığı nüfuzlu London Media, Film və TV Akademiyasının dəstəyi ilə keçirilən festivalda ölkəmizi təmsil edən "Sonuncu" filmi "Tamaşaçı rəğbəti" ("Audience prize") mükafatına layiq görülüb.
Xatırladaq ki, Serqey Pikalovun dünyada sağ qalmış sonuncu İkinci Dünya Müharibəsi veteranı haqda olan ekran əsərində rolları İdris Rüstəmov və Corc Qafarov canlandırıblar.
Tarix
2014.11.14 / 17:31
|
Müəllif
Nilufər Muğantürk
|