Yuxarı

Axar.Az Logo carnation

Agentlik Nəsiminin haqqını müdafiəyə başladı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Agentlik Nəsiminin haqqını müdafiəyə başladı

Son günlər müxtəlif kütləvi informasiya vasitələrində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlinin ilk misrasının təhrif olunaraq “AZ-QRANATA” MMC-nin istehsal etdiyi “Vita 1000” meyvə şirələrinin qablaşdırıldığı qutuların üzərində “Məndə sığar min vitamin, mən bu qutuya sığmazam” formasında yazılması barədə informasiyalar yayılıb.

Kult.az bununla bağlı Əqli Mülkiyyət Agentliyinin şərhini təqdim edir.

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 14-cü maddəsinə əsasən, müəllifin şəxsi (qeyri-əmlak) hüquqları sırasında əsərinin mənasının dəyişilməsinə, təhrif olunmasına və ya hər hansı digər formada yenidən işlənməsinə, həmçinin müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı başqa hərəkətlərə qarşı çıxmaq hüququ (şöhrətinə hörmət edilməsi hüququ) vardır və Qanunun 25-ci maddəsinə əsasən müəllifin şəxsi hüquqlarının qorunması müddətsizdir.

Görkəmli şair İmadəddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” sözləri artıq sloqana çevrilmiş, nəinki ölkəmizdə, hətta ölkəmizdən kənarda da məşhur ifadə kimi istifadə olunur.

“Vita 1000” meyvə şirələrinin qablaşdırıldığı qutuların üzərində “Məndə sığar min vitamin, mən bu qutuya sığmazam” formasında yazılması məşhur kəlamın mənasının və təyinatının dəyişdirilməsi yolu ilə təhrif edilməsinə səbəb olub və bununla da müəllifin şərəf və ləyaqətinə xələl gətirilib.

Qanunun göstərilən normasına görə, əsərin mənasının dəyişdirilməsi və təhrif olunması və bununla da müəllifin şərəf və ləyaqətinə xələl gətirilməsi yolverilməzdir və şəxsi hüquqların pozulmasıdır. Bu cür hüquq pozuntusuna görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.

Qeyd edilən Qanunun 28-ci maddəsinə uyğun olaraq, müəllifin şəxsi hüquqlarının qorunmasını müəllif vəfat edəndən sonra onun vərəsələri, yaxud vərəsələri yoxdursa və ya müəlliflik hüququnun qorunma müddəti qurtarıbsa, həmin hüquqların qorunmasını dövlət öz üzərinə götürür və dövlətin bu funksiyasını Əqli Mülkiyyət Agentliyi həyata keçirir.

Baş vermiş pozuntu halı barədə Agentlik tərəfindən “AZ-QRANATA” MMC-yə istehsal etdiyi “Vita 1000” meyvə şirələrinin üzərindən “Məndə sığar min vitamin, mən bu qutuya sığmazam” sözlərinin yığışdırılması ilə bağlı tədbirlərin görülməsi və nəticəsi barədə Agentliyə məlumat verilməsi haqqında “AZ-QRANATA” MMC-yə müvafiq xəbərdarlıq məktubu göndərilib və əks halda müəllif-hüquq qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyi “AZ-QRANATA” MMC-nin rəhbərliyinin diqqətinə çatdırılıb.

“AZ-QRANATA” MMC-dən Agentliyin məktubuna verilmiş cavabda bildirilib ki, “AZ-QRANATA” MMC 2018-ci ilin aprel ayından “Məndə sığar min vitamin, mən bu qutuya sığmazam” sloqanı altında etiket sifariş verməmiş və həmin ifadənin adı altında meyvə şirəsi istehsal etmir”.

Agentliyin “AZ-QRANATA” MMC-nin rəhbərliyi ilə apardığı danışıqların nəticəsi olaraq, MMC tərəfindən gələcəkdə bu kimi halların təkrarlanmayacağı bildirilib.

Məsələ Agentliyin nəzarəti altında saxlanılacaq.

Tarix
2019.03.16 / 19:28
Müəllif
Kult.az
Digər xəbərlər

ABŞ nizamı darmadağın etdi: böyük toqquşmalar başlayır

Ukraynaya 1 milyon dollarlıq yardım göndərdik - Foto

Ərdoğanın oğlu Gəncədə Şəhidlər xiyabanında... - Foto

Türkiyə və Azərbaycan XİN başçıları danışdı

İlham Əliyev Finlandiyanın prezidenti ilə görüşdü - Foto

İlham Əliyev Məsrur Bərzani ilə görüşdü - Foto

Prezidentin "Avronyus"a müsahibəsindən görüntülər - Video

2026-da Azərbaycanla müharibə riski... - Ermənistan kəşfiyyatı

Tehran xalqı aksiyalara səsləyən əsas şəxsin adını belə çəkmir

Xəzər dənizinin taleyini həll etməliyik - Tokayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla