Cənubi Asiyanın ən əhəmiyyətli ədəbiyyat müsabiqəsi olan
DSC Ədəbiyyat Mükafatının namizədlərinin adı bəlli
olub.
Axar.az Röyter Xəbər
Agentliyinə istinadən xəbər verir ki, bu ilin favoriti "Pulitzer"
ədəbiyyat mükafatının sahibi Cumpa Lahiridir.
Siyahının ən güclüsü hesab olunan hind əsilli amerikan yazar
Cumpa Lahiri 2000-ci ildə "Pulitzer" ədəbiyyat mükafatını qazanıb,
2013-cü ildə isə "Buker" mükafatına namizəd olub.
Lahirinin də arasında olduğu DSC finalına qalan beş namizəddən
biri 50 min dollarlıq mükafatın sahibi olacaq. Ən çox oxunan romanı
"Ovalıq" ("The Lowland") ilə namizədlər arasına düşən Lahiri
kitabında 1960-cı illərdə yaşayan iki hindli kommunist qardaşın
həyatından bəhs edir.
Müsabiqənin finalçılarının siyahısı:
- Bilal Tanver
- Cumpa Lahiri
- Kamila Şəmsi
- Rumeş Gunesekara
- Şamsur Rahman Faruqi
Xatırladaq ki, "Və dağlardan səda gəldi" romanı ilə müsabiqənin
uzun siyahısına düşən dünya şöhrətli yazar Xalid Hüseyni qısa
siyahıya düşməyib.