Yuxarı

Akademik soyqırım faktlarını sadaladı – Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Akademik soyqırım faktlarını sadaladı – Video

Erməni-daşnak quldurları türk-müsəlman xalqlarına qarşı Şimali və Cənubi Azərbaycanda, Şərqi Anadoluda və Mərkəzi Asiyada soyqırımları törədiblər.

Kult.az xəbər verir ki, 1918-ci ildə Azərbaycan xalqına qarşı kütləvi soyqırım cinayəti həyata keçirmiş “26 Bakı komissarları” adlandırılan cinayətkar qrupun fəaliyyəti ilə bağlı Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində çoxsaylı yeni faktlar aşkar olunub.

2009-cu ilin yanvar ayında Prezident İlham Əliyevin göstərişi ilə Bakı şəhərinin Sahil bağındakı “26 komissar”a məxsus məzarlar şəhər qəbiristanlığına köçürülərkən məzarlıqda 26 deyil, 23 cəsədin qalığı aşkar olunduqdan dərhal sonra Tarix İnstitutunda xüsusi elmi-tədqiqat qrupu yaradılmış və elmi araşdırmalara başlanılmışdır. Alimlərin qənaətinə görə, S.Şaumyanın cəsədinin qalığı orada yoxdur.

Bir daha təsdiqləndi ki, komissar paltarı geyinən S.Şaumyan Daşnak partiyasının üzvüdür və o, azərbaycanlılara qarşı böyük soyqırım aktlarının başında dayanıb, sonra da qaçıb aradan çıxıb.

Yeni aşkar olunmuş arxiv sənədləri sübut edir ki, sovet tarix elminə ən ardıcıl bolşeviklərdən biri kimi daxil edilən Şaumyan əslində erməni millətçilərinin ən ifrat və ən iri terrorçu təşkilatı olan Daşnaksütyun partiyasının üzvü olmuşdur. O, Daşnaksütyun partiyasının Bakı komitəsinin üzvü idi. Arxiv araşdırmaları zamanı Şaumyanla bağlı aşkar olunmuş bir sənəd xüsusi maraq doğurur. Bu sənəd təkzibolunmaz surətdə sübut edir ki, Anastas Mikoyan kimi Şaumyan da “26-lar” sırasında güllələnməmişdir. Həmin sənəddən məlum olur ki, “26 Bakı komissarları”nın güllələnməsindən sonra, yəni 1918-ci il sentyabrın 20-dən oktyabrın 1-dək 10 gün ərzində Şaumyana Krasnovodsk həbsxanasında qida verilmişdir. Maraqlıdır ki, qida verilən məhbusların adları və soyadlarının siyahısında Şaumyandan sonra adı göstərilən ikinci məhbus Mikoyandır.

Stepan Şaumyanın başçılıq etdiyi qanlı daşnak-bolşevik rejimi qabaqcadan xüsusi hazırlıq apararaq, düşünülmüş şəkildə və planlı surətdə Azərbaycan xalqına qarşı kütləvi soyqırım cinayəti həyata keçirib. On minlərlə dinc, silahsız türk-müsəlman əhali – Azərbaycan türkləri, ləzgilər, tatarlar, talışlar, avarlar, kürdlər və digər xalqların nümayəndələri, o cümlədən uşaqlar, qadınlar, qocalar etnik mənsubiyyətlərinə görə amansızcasına qətlə yetirilib.

AMEA-nın Tarix İnstitutu Feysbukda və Yutubda soyqırımı faktları barədə video paylaşıb.

Tarix
2019.04.07 / 00:26
Müəllif
Axar.az
Digər xəbərlər

Mustafayev Bayraqdarla hərbi əməkdaşlığı müzakirə etdi

Başkənd məsələsindən imtina edə bilmərik - Paşinyan

TRİPP İran üçün yeni imkanlar açacaq - Paşinyan

Rusiyanın 14 gəmisinə zərbə endirildi

Bu gün onların peşə bayramıdır - Tarix təsadüf seçilməyib

Hörmüzdən yan keçən layihə - İran məhv edilir

İran nə etdi ki, ABŞ zərbələrə başladı? - Mühüm

İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş?

XİN başçısından TRİPP-lə bağlı açıqlama

NATO-nun Ankara Zirvəsi Bakıya nə qazandırdı? - General

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla