Yuxarı

Nazir Daşkənddə Prezident Məktəbini ziyarət etdi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir Daşkənddə Prezident Məktəbini ziyarət etdi - Foto

Mədəniyyət naziri Əbülfəs Qarayev Özbəkistana səfəri çərçivəsində Daşkənd şəhərində yenicə fəaliyyətə başlamış Daşkənd Prezident Məktəbini ziyarət edib.

Mədəniyyət Nazirliyindən Kult.az-a verilən məlumata görə, məktəb Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyayevin təşəbbüsü ilə təsis olunub. Təhsil ocağı xüsusi metodlar və ən müasir innovasiyalarla təchiz olunub. Həmçinin, məktəbdə mədəniyyətin müxtəlif sahələrinə dair dərnəklər, kurslar fəaliyyət göstərir.

Məktəbin fəaliyyəti ilə tanış olan Əbülfəs Qarayevi Özbəkistan Respublikasının Xalq Təhsil naziri Şirzod Şermatov müşayiət edib.

Görüş zamanı mədəniyyətin müxtəlif sahələrinə aid çoxsaylı Azərbaycan kitablarının, musiqi alətlərinin, eləcə də Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin nəşri ilə özbək dilində hazırlanmış kitabların Daşkənd Prezident Məktəbinə hədiyyə olunmasının vacibliyi vurğulanıb. İki ölkə arasında mədəni əlaqələrin inkişafı məsələləri müzakirə olunub.

Əbülfəs Qarayev səfər çərçivəsində Daşkənd şəhərində yenicə istifadəyə verilmiş “Minor” məscid kompleksini də ziyarət edib.

Əbülfəs Qarayevi Özbəkistan Respublikasının Xalq Təhsil naziri Şirzod Şermatov və məscidin imamı müşayiət edib. Məscidi ziyarət edən nazir Azərbaycanın təşəbbüsü ilə keçirilən Mədəniyyətlərarası Dialoq Forumundan və dövlətimizin həmin foruma verdiyi töhfələrdən danışıb. Ölkəmizdə müxtəlif mədəniyyətlər, dini icmalar üçün yaradılmış şərait haqqında məlumat verib.

Şerzod Şermatov da Özbəkistan təcrübəsindən məlumat verərək, ölkədə çoxsaylı məscidlərin, dini mərkəzlərin inşa edildiyini, İslam Sivilizasiyalar Mərkəzi və İslam Akademiyasının yaradıldığını qeyd edib.

Ziyarət zamanı məscidin kitabxanası ilə tanış olan Əbülfəs Qarayev kompleksin yüksək arxitektura və islam ornamentlərindən istifadə olunmaqla inşa edildiyini xüsusi qeyd edərək, bu tikilinin Daşkənddə insanların dini ibadətlərini yerinə yetirmələri üçün geniş şərait yaratdığını bildirib.

Qeyd edək ki, sözügedən səfər Əbülfəs Qarayevin Özbəkistanın Kokand şəhərində keçiriləcək Beynəlxalq Xalq Tətbiqi Sənəti Festivalında iştirakı məqsədi ilə həyata keçirilir. Tədbirdə Azərbaycandan da çoxsaylı sənətkarların iştirakı da nəzərdə tutulub.

Tarix
2019.09.14 / 19:29
Müəllif
Axar.az
Digər xəbərlər

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla