Yuxarı

35 milyon haqqı tapdanmış türkün səsi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
35 milyon haqqı tapdanmış türkün səsi

Kult.az güneyli yazar Mahmud Dustanın yazısını təqdim edir:

”Traktor” sadәcә bir klub deyil, 35 milyon haqqı tapdalanmış türkün etiraz sәsidir.

Güney Azərbaycanın simvolarından birinə çevrilən “Traktor” futbol klubu bu günlərdə şöhrətinin pik nöqtəsinə çatıb desək, yanılmarıq. Klub məşhur alman saytı “Transfermarket” tərəfindən açıqlanan məlumata əsasən, azarkeş sayına görə dünyada 5-ci yerdədir. Belə ki, klubun ev oyunlarını keçirdiyi “Yadegare Emam” (Səhənd) stadionuna orta hesabla hər oyuna ən azı 50 min azarkeş gəlir. Rəqib komandaların qorxulu yuxusuna çevrilən stadionda tərəfdar dəstəyi hər oyun möhtəşəmdir.

Klubun vacib oyunlarında stadionda yer tapa bilməyən azərkeş kütləsi stadion ətrafı təpələrdən oyunu izləmək məcburiyyətində qalır. Bir neçә il öncә “Traktor”- “Fəcr Sepasi” görüşünü 120 min azarkeş stadion vә әtraf tәpәlәrdәn izləmişdi.

Bəs necə oldu da klubun şöhrəti bu qədər artdı?

Səbəbləri görmək üçün sadəcə Güneydə illərdir boğulmaqda olan etiraz səslərinə qulaq vermək kifayətdir. İran hakimiyәtinin qeyri-farslara qarşı apardığı ayrı-seçkilik əlbəttə ki, kütləcə daha çox olan Azərbaycan türklərinə təsir edir. Bu təzyiq və ayrı-seçkilik qarşısında əks-təsir isə gec-tez bir yerdə özünü göstərəcək. Və qəribə səslənsə də, bu, siyasətdən uzaq, yaşıl meydanlarda baş verdi. Millət etiraz etmәyә bir meydan tapdı, o meydanın adı, el dili ilə desək, “Qurdlar dәrәsi” - Tәbrizin “Sәhәnd” stadionu idi. Stadion bir etiraz tribununa çevrildi və minlərlə azərbaycanlı buradan öz etiraz şüarlarını eşitdirə bildi.

“Türk dilində mədrəsə olmalıdı hər kəsə”, “Nə mutlu türkəm deyənə”, “Azərbaycan bir olsun, istəməyən kor olsun”, “Qarabağ bizimdir, bizim olacaq” kimi şüarlar bir daha sübut edir ki, “Traktor” sadәcә Tәbrizə deyil, bütün qüzeyli-güneyli Azərbaycana məxsusdur.

Tarix
2019.10.05 / 21:00
Müəllif
Kult.az
Digər xəbərlər

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla