Yuxarı

Müğənnilər reaksiya verdi: Bu şəxslər edam edilsin!

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müğənnilər reaksiya verdi: Bu şəxslər edam edilsin!

Son günlər ölkədə qadın zorakılığının artması, qadına şiddətin hətta ölümlə nəticələnməsi cəmiyyətin müxtəlif nümayəndələri tərəfindən böyük narahatlıqla qarşılanıb.

Mövzu ilə bağlı Kult.az-a danışan xalq artisti Faiq Ağayev bildirib ki, qadınlara zorakılıq, şiddət halları illərdir davam edən məsələdir:

“Mənim ailədaxili zorakılığa münasibətim birmənalı olaraq mənfidir. Bu hal qəbuledilməzdir. Mən dəfələrə qadın zorakılığına qarşı çıxmışam, bunu pisləmişəm. Düşünürəm ki, hər kəs qadınlara qarşı vəhşiliyə səsini çıxarmalı və mübarizə aparmalıdır”.

Müğənni Nadir Qafarzadə də qadınlara şiddətin cəmiyyət tərəfindən pislənilməsinin vacib olduğunu deyib:

“Ümumiyyətlə, hər kəs zorakılıq hallarına qarşı birlik göstərməlidir. Təkcə qadınlara deyil, həmçinin uşaqlara qarşı da zorakılıq, təcavüz hallarına səssiz qalmamalıyıq.

İllər əvvəl mən həyat yoldaşıma konsert həsr etdim. Əslində, o konsert təkcə öz həyat yoldaşım üçün deyildi, onun simasında bütün xanımlarmıza həsr edilmişdi. Mən orada onu göstərməyə çalışırdım ki, xanımlara diqqət göstərmək, dəyər vermək lazımdır.

Çox təəssüf ki, bəzin “kişilər” qadınların saflığından istifadə edib, şirin sözlərlə aldadıb ailə qururlar. Daha sonra isə içlərində olan vəhşiliyi üzə çıxararaq, qadınları döyüb, alçaldıb, lazımsız bir əşya kimi küçəyə atırlar. Düşünürəm ki, ictimaiyyət, xüsusilə biz sənət adamları belə hadisələrə sərt şəkildə reaksiya verməliyik”.

Gənc müğənni Mehin Hümbətova hətta “edam” məsələsini gündəmə gətirib:

“Ard-arda bir neçə qadın vəhşicəsinə şiddətə məruz qaldı. Kimisi övladının gözü önündə, kimisi gənc yaşında. Mən bunu törədənləri “qanıxarab”, “erməniyəbənzər” adlandırıram. Bəli, onlar soyqırımlarımızda ermənilərin etdiyindən betərini edirlər! Sivil dövlət olmağımıza baxmayaraq, bu cinayətin cəzası yalnız və yalnız edam olmalıdır”.

Tarix
2019.10.11 / 08:30
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

XTQ-nin yaradılmasından 27 il keçir

ADNA terrorundan 17 il ötür

Mustafayevin erməni sinif yoldaşı: Şahinin əsl adı... - Video

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - Video

Azərbaycanla Kolumbiya arasında mina müzakirəsi

Müqavilə qaydaları dəyişdi: cərimələr sərtləşir...

Erməni nümayəndə heyəti Azərbaycana gələcək

Məmdaninin Azərbaycanla bağlı paylaşımına qarşı petisiya

Şahin Mustafayevin karvanı Ağverəni tərk etdi - Video

Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla