Yuxarı

Tarix İnstitutu illik hesabatını təqdim etdi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tarix İnstitutu illik hesabatını təqdim etdi - Foto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun elmi şurasının genişləndirilmiş iclasında institutun 2019-cu ildəki nəşrlərinin təqdimatı keçirilib.

Tarix İnstitutundan Kult.az-a bildirilib ki, iclasda institutun 2019-cu ildə gördüyü işlər barədə məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyev AMEA-nın Tarix İnstitutunu “ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi” adlandırmaqla institut əməkdaşlarının tədqiqat işlərinə çox yüksək qiymət verib.

İnstitutun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, institut Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Pakistan, Albaniya, Macarıstan, Ukrayna, Çin, Bolqarıstan, Polşa, Misir və digər ölkələrin elmi qurumları ilə əməkdaşlıq edir: “Son illərdə instituta Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən on minlərlə arxiv sənədləri gətirilib. Bu il elmi müəssisə Rusiyanın “Voprosı İstorii” jurnalı və Çinin Dünya Tarixi İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalayıb”.

Yaqub Mahmudov deyib: “Tariximizə və tarixi şəxsiyyətlərimizə sahib çıxmalıyıq. Nadir şah Əfşar tarixin gedişini dəyişdirən dahi sərkərdədir. Bu il Nadir şaha həsr olunan beynəlxalq elmi konfrans təşkil etdik. 2020-ci ildə isə Nadir şaha həsr olunan kitabın təqdimatını edəcəyik. Tarix İnstitutu azərbaycançılıq məfkurəsinə əsasən ASAN Radio və Lider TV-də tariximizin təbliği istiqamətində layihələr həyata keçirir”.

İclasda bildirilib ki, 2019-cu ildə Tarix İnstitutunun əməkdaşlarının 41 adda kitabı və nüfuzlu elmi jurnallarda isə 300-dən çox məqaləsi çap olunub. İnstitut bu il 11 beynəlxalq və 13 respublika səviyyəli elmi konfrans təşkil edib.

Bu il “Azərbaycan Xalq Cümhuriyyətinin siyasi sistemində partiyalar və parlament (1918-1920)” (rus dilində), İrəvan xanlığının tarixinə dair 4 adda broşür (ispan və ərəb dillərində), “Real tarix və “Böyük Ermənistan” uydurması” (türk, ərəb və fransız dillərində), “Saxtakarların yalançı elmi, yaxud ermənisayağı “tarix”, “Tiflis əmirliyi”, “Azərbaycanın Şəki bölgəsi 1917-1920-ci illərdə”, “Azərbaycanın Zəngəzur bölgəsi 1918-1920-ci illərdə”, “Azərbaycanın Naxçıvan bölgəsi regional hərbi-siyasi proseslərdə (1917-1920)”, “İngiloylar: zorakı xristianlaşdırmaya və gürcüləşdirməyə qarşı mübarizə tarixindən” və digər kitablar nəşr olunub.

Qeyd edilib ki, bu il rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsova və Misir-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, professor Usamə Əl-Əbdə Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunub. Həmçinin institutun ilk elektron oxu zalının açılışı olub, elmi müəssisə gənc tarixçilərin ilk respublika elmi konfransını da təşkil edib.

Elmi şuranın iclasında AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, tarixçi alimlər Cəbi Bəhramov, İradə Əliyeva, İradə Bağırova, Rəşad Mustafa və başqaları çıxış edərək Tarix İnstitutunun 2019-cu ildə gördüyü işləri yüksək qiymətləndiriblər.

Tarix
2019.11.02 / 23:57
Müəllif
Kult.az
Digər xəbərlər

Zəngəzur dəhlizi Şərqlə Qərb arasında... - Nazir

Nisanov Moskvada beşulduzlu otelini təqdim etdi

Azərbaycan və Ermənistan nümayəndə heyəti görüşəcək

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla