Yuxarı

Nəhəng bir asteroidin Xəzərə düşməsi... - Fətəliyev

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nəhəng bir asteroidin Xəzərə düşməsi... - Fətəliyev

AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun elmi seminarında paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyev “Meteoritlər, Cənubi Xəzər hövzəsi və Azərbaycan folkloru” mövzusunda təqdimatla çıxış edib.

İnstitutdan Kult.az-a bildirilib ki, təqdimatda meteoritlər, onların Günəş sistemində mövqeyi, Yerə düşməsinin səbəbləri, meteorit kraterləri və astroblemlər, meteoritin növləri, Azərbaycan ərazisinə düşmüş meteoritlər, eləcə də yalançı meteoritlər haqqında məlumat verilib.

Müəllif Cənubi Xəzər çökəkliyinin yaranmasına dair mövcud konsepsiyalardan fərqli bir fərziyyə irəli sürərək onun meteorit mənşəli, yəni astroblem olması fikrini ortaya qoyur. Qeyd edilir ki, Cənubi Xəzər çökəkliyinin müasir vəziyyəti Neogen dövründə, daha doğrusu, Pont və Alt Pliosen əsrləri arasında nəhəng bir asteroidin Cənubi Xəzər ərazisinə düşməsi və sonrakı 5 milyon il ərzində baş vermiş tektonik və geomorfoloji proseslər nəticəsində formalaşıb. Bununla belə, fərziyyənin təsdiqi üçün ciddi tədqiqat işlərinin aparılmasına ehtiyac var.

Tədqiqatçı, həmçinin meteoritlər və Azərbaycan folklorunun bəzi janrları arasında mümkün əlaqənin olmasına dair araşdırmalar aparıb və bu istiqamətdə maraqlı nəticələr əldə edib.

Tarix
2019.11.27 / 19:39
Müəllif
Kult.az
Digər xəbərlər

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla