Yuxarı

Rəna məhv oldu, amma sevgisindən dönmədi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhəllə əhvalatları

“Yumru" (Birinci hekayə)

Yumrunun öz adı da var idi. Amma hamı onun öz adını unutmuşdu.

Məktəbdə, baxçada Yumruya hamı dəli deyirdi. Ömrümün bir hissəsini mən də onu dəli bilirdim. Məhəllənin bütün itləri, pişikləri, qocaları onu onu sevirdi.

Yumru iri qara gözlərini tez-tez günəşə tutub nəsə pıçıldayırdı. Bu tənha, kimsəsiz qız çox tez böyüdü, tez dərdləndi. Ata-anasını itirib, içinə gizləndi. Onun dünyasının özündən başqa sakini yox idi. Məktəb, həyat onu özünün içindən çəkib çıxara bilmirdi.

Bir gün bütün məhəlləmiz anladı ki, Yumru böyüyüb. Gözəl bir qız olub və nəyəsə sevinir. Ağacların, yolların başına firlanır. Qonşu Mürsəlin gədəsi tarda həzin bir hava çalardı. Yumru elə o havanın altnda öz adına doldu. Saçlarının səmtini dəyişdi. Gözəlləşdi və Rəna oldu.

Rəna qonşu Mürsəl kişinin oğluna yaman vurulmuşdu. Tar havası hələ buralarda çox dolaşacaqdı. Mən də sevinirdim. Az qalırdı ki, onlara qoşulub nəğmə oxuyum.

Bir gün hərbi marşın sədaları altında Mürsəl kişinin oğlunu da apardılar.

Səhər idi, Rəna hələ də qollarını, saçlarını günəşin şöləsinin altına sərib yatırdı. Məhəlləmizdə ins-cins yox idi. Hamı elə bil, o oğlana qoşulub əsgərliyə yollanmışdı.

Yumru əvvəl gözlərini açıb saata baxdı. Sonra sakitliyə boylandı. Səslərin içindən sevgisinin səsi gəlmirdi. Yerindən dəli kimi qalxıb, eyvana atıldı. Həyətə düşüb ora-bura qaçdı. Hamı onu görməzdən gəldi. Bir neçə günün içində soldu.

Mürsəl kişinin oğlu bir də gəlmədi. Rəna yavaş-yavaş içinə çəkilib, bir də heç vaxt gülmədi. Onun gülməsi üçün keçmişə dönməsi şərt idi. İnsan isə getdiyi ömür yolunu geri dönə bilməyən canlıdır. Hamı kimi ölümünü gözləyən Rəna ömrünün sonuna qədər susdu. Bir kəlmə demədi. Qocalana yaxın, qocalar evində ağlı getmiş, əlil arabasında öz iç dünyasına köç etdi.

Gözlərini yummadan əvvəl qulağına tar havası gəlirdi. Hardasa uzaqda tar ifasını unudan Mürsəl kişinin oğlu da bu havanı eşitmişdi.

Yumru ömrünün sonuna qədər susdu, içinə də yumuldu, həsrətlə gözlədi. Bütün ömrünü dəli kimi yaşadı. Ya özünü dəliliyə vurdu, deyə bilmərəm. Yalnız onu qıran, hər gün bir az da məhv edən, yox edən sevgisindən əl çəkmədi ki, çəkmədi.

Tarix
2020.01.26 / 01:23
Müəllif
Aysel Fikrət
Digər xəbərlər

Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri təlimə başladı

Daha bir general öldü: İsrail onu da aradan götürsə...

İranın sağlam qüvvələri hərəkətə keçməlidir - Zülfüqarov

Ermənistandakı AB müşahidəçiləri durbinlərini İrana tuşladı

İsrail İranı vurur, Türkiyə Bakını müzakirə edir - Nəyi izah edək?

İlham Əliyev Afrim Qaşini qəbul etdi - Foto

Tehran Bakıdan bunu xahiş edir: İranın 3 radikal qərarı...

Azərbaycanı hədələyən terrorçular İrandan qaçır

İran və İsraildə ölənlər arasında Azərbaycan vətəndaşları var?

Bu ölkə vətəndaşları da İrandan Azərbaycana keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla