Yuxarı

Paytaxtda ana dilinə həsr olunmuş tədbir keçirildi – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paytaxtda ana dilinə həsr olunmuş tədbir keçirildi – Foto

Bu gün paytaxtın Nizami rayonunda yerləşən 312 nömrəli tam orta məktəbdə Beynəlxalq Ana dili gününə həsr olunmuş tədbir keçirilib.

Kult.az xəbər verir ki, məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Elmira Cəbiyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə valideynlər, müəllimlər və media nümayəndələri iştirak edib.

Azərbaycan Respublikasının dövlət himni ilə start verən tədbirdə məktəbin istedadlı şagirdləri Səməd Vurğunun “Vaqif“ dramından, Cəlil Məmmədquluzadənın “Anamın kitabı” tragikomediyasından, “Azərbaycan” məqaləsindən, Dədə Qorqud dastanından, İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesindən hazırlanmış səhnələri canlandırıblar.

Bir-birini əvəzləyən möhtəşəm kompozisiyalar, bədii qiraət nümunələri, səhnəciklər və rəqslərlə yanaşı, xüsusi hazırlanmış “Varvarizimlərə son“ sosial çarxı ilə nitqimizdə, ana dilimizdə qarşılığı olduğu halda yerli-yersiz əcnəbi sözlərin işlədilməsinin yolverilməz olduğu bir daha vurğulanıb.

Tədbirdə çıxış edən təşkilatçı Elmira Cəbiyeva bildirib ki, ana dilimizi şagirdlərə sevdirmək üçün məktəbdə bu cür tədbirlərin keçirilməsinə xüsusi diqqət ayrılır.

Daha sonra məktəbin direktoru Xatirə Hacıyeva çıxış edərək, məktəbdə müxtəlif tarixi hadısələrin, əlamətdar günlərin, milli bayramların qeyd edilməsi ənənəsindən danışıb.

Tarix
2020.02.21 / 16:16
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Şuradan bu MMC-lərə lisenziya verilməsi ilə bağlı qərar

Avropa Şurası Yaqlandın toxunulmazlığını ləğv etdi

FHN və ADA arasında memorandum imzalandı - Video

Azərbaycan Kanadaya başsağlığı verdi

Azərbaycan-Serbiya hərbi əməkdaşlıq planı imzalandı

Bayramov Ərəb Parlamentinin prezidentini qəbul etdi

Xəzərin Şərq sahilləri ilə birləşdirəcək fiber-optik kabelin çəkilişi...

Bu gün vaxt gəlib çatıb ki... - İlham Əliyev

Məktəblərin tədris proqramında dəyişikliklər... - Prezident

Keçən il çox aqressiv kiberhücuma məruz qalmışıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla