Yuxarı

Bu tamaşa Bakıda 105-ci dəfə oynanılacaq - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rauf Hacıyev, Faiq Zöhrabov və Elxan Ocaqovun "Talelər qovuşanda" iki hissəli operettası Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində 105-ci dəfə nümayiş olunacaq.

Axar.az xəbər verir ki, Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu məlumatı təsdiqləyərək bildirib ki, 105-ci nümayiş fevral ayının 28-də saat 16:00-da baş tutacaq.

Vaxtı ilə bu tamaşada mərhum aktyorlar xalq artisti Elxan Əhədzadə, əməkdar artistlər Elçin Həmidov, Xanım Qafarova və aktrisa Lütviyə Səfərova oynayıblar və onların ifaları hələ də xoş bir xatirə kimi xatırlanır.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Faiq Zöhrabov, quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu baletmeystrləri Yelena və Zakir Ağayevlərdir. Uzun illərdir sevə-sevə izlənilən tamaşadakı rolları əməkdar artistlər Nərgiz Kərimova, Nahidə Orucova, Novruz Qartal, Ema Məlikova, aktyorlar Amil Məmmədov, Gültac Əlili, Əlif Cahangirov, Emil Heydərov, Məhərrəm Qurbanov, Elvin Əliyev, Ağaxan Şərifov, Ülviyyə Əliyeva, Elçin İmanov və başqaları ifa edirlər.

Tarix
2015.02.25 / 02:05
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla