Yuxarı

Murad Dadaşov verilişi bağladı, Tolik səbəbini dedi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər TV-də üç ilə yaxındır “Hər şey daxil” layihəsinin həm rəhbəri, həm də aparıcısıyam. Bu müddət ərzində məni sevən də, sevməyən də qəbul edib. Düzdür, insanların gözü bir şey görməyə öyrəşsə də, düşünürəm ki, dəyişmək, yenilənmək lazımdır. Gərək göz yorulmasın.

Kult.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri prodüser Tarix Əliyev (Tolik) “Hər şey daxil” verilişinin dayandırılması ilə bağlı yazıb.

O, daha sonra fikirlərinə belə davam edib:

“Yeni rəhbərim Murad Dadaşov məni 10 ildir tanıyır. Məhz onun sayəsində 3 dəfə ölkənin ən reytinqli realiti şousu olan “Maşın”ın iştirakçısı olmuşam. M.Dadaşovun əməyi ilə geniş kütləyə təqdim olunmuşam. O ki qaldı “Hər şey daxil”in bağlanmasına... Bu, son deyil. Yaxın zamanda Xəzər TV-də yeni layihəmlə qarşınızda olacam. Murad Dadaşov istəsəydi, məni kanalda uzaqlaşdıra bilərdi. Amma o, potensialımı yüksək qiymətləndirərək, mənə etimad göstərir. Təşəkkür edirəm. Məni dəstəkləyən də, dəstəkləməyən də sağ olsun”.

Qeyd edək ki, verilişin bağlanmasına Əməkdar artist Elza Seyidcahanla müğənnilər Mətanət Əsədova və Manaf Ağayev arasında yaşanan qalmaqal səbəb olub.

Tarix
2020.03.07 / 23:57
Müəllif
Kult.az
Digər xəbərlər

Berdiməhəmmədov Azərbaycana gəldi

Tramp Putinə niyə 50 gün vaxt verdi? - Əsl hədəf budur

Oyun qaydaları dəyişdi: Ukrayna ərazilərini geri alacaq

Prezidentin nümayəndəsi İrəvanla sülh sazişindən danışdı

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?

ABŞ-ın Zəngəzura 100 illik nəzarət planı: Regionu nə gözləyir?

İki əzəli düşmən birləşir... – Telegraf

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla