Yuxarı

“Evdə qal, evdə yarat” - Qalib ola bilərsiniz!

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Evdə qal, evdə yarat” - Qalib ola bilərsiniz!

Dünyanı bürüyən yeni koronavirus (COVİD-19) infeksiyası bizim ölkəmizdə də insanlar üçün çətinliklər yaradıb. Məktəblər, muzeylər, teatrlar bağlıdır, insanlara ictimai yerlərə getməmək, mümkün olduğu qədər evdə oturmaq tövsiyə olunur.

Bu çətinliklərə baxmayaraq vətəndaşlarımızın yaradıcı bacarığı həmişə olduğu kimi, indi də yüksək səviyyədədir.

Kult.az xəbər verir ki, bu bacarığa güvənərək Kreativ Azərbaycan Portalı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Feysbuk sosial şəbəkəsi vasitəsilə “Evdə qal, evdə yarat” adlı təşəbbüsü elan edir!

Dünya əl sənətinin, musiqisinin, ədəbiyyatının, rəssamlığının ən gözəl nümunələri məhz evdə yaradılıb. Gəlin biz də evdə olduğumuz müddətdə bu şansdan istifadə edək və yaradıcılığımızla virusla mübarizəni pozitivə fokuslanaraq gücləndirək!

Evdə keçirdiyimiz vaxt ərzində yaradıcılığımızı işə salaq və pozitivliyə töhvə verək! Və bu həmçinin dəyərli hədiyyələr qazanmaq üçün şans yaradacaqdır.

Təşəbbüsdə iştirak şərtləri çox sadədir:

“Kreativ Azərbaycan” portalının Feysbuk səhifəsini (fb.com/creative.az) öz profilinizdən bəyənin,

Koronavirus infeksiyasının yayıldığı müddətdə evdə olaraq yaratdığınız işi (əl işi, rəsm əsəri, musiqi əsəri, dizayn, video, yazılı mətn, foto, yaradıcı texnologiya və s.) öz səhifənizdə #evdəqalevdəyarat həştəqi ilə paylaşın,

Paylaşımda həmçinin “Kreativ Azərbaycan” Feysbuk səhifəsini qeyd (tag) etməyi unutmayın.

Əgər 2020-ci ilin 30 aprel tarixinə kimi sizin işiniz ən çox bəyənilən ("layk" alan) işlərdən olsa, deməli qaliblərdən birisiniz və Kreativ Azərbaycan portalı və Mədəniyyət Nazirliyi tərəfindən müxtəlif maraqlı hədiyyələr sizi gözləyir.

Qeydlər:

Əgər yaratdığınız musiqi, video, yazılı əsər və ya yaradıcı texnologiyadırsa, digər səhifələrdən linki qeyd edə bilərsiz (Yutub, Vimeo və s.).

#evdeqalevdeyarat həştəqi də yararlı sayılacaq.

Müsabiqə 2020ci ilin 30 aprel tarixinə kimi davam edəcəkdir.

Müsabiqə ilə bağlı sualları Kreativ Azərbaycan portalının Feysbuk səhifəsinə ünvanlaya bilərsiz.

Evdə qalıb evdə yaradaraq virusa birlikdə qalib gələk!

Tarix
2020.03.22 / 15:20
Müəllif
Kult.az
Digər xəbərlər

AB-də maneə qalxdı: daha çox pul, daha çox silah verəcək!

Türkiyənin milli müdafiə naziri Qətərə getdi

Prezidentin köməkçisi Sarıbayla görüşdü

ABŞ da, Rusiya da bu ölkədə uduzdu: udan kimdir?

ABŞ bu kartı İranın əlindən alır - Eskalasiya olacaq?

İmtahan sualında Darek və Marek adı... - Video

Tezliklə “Tramp Marşrutu” ilə bağlı böyük hadisə olacaq

ABŞ Hörmüz boğazını niyə bloklayır?

Keçmiş sədrdən Hesablama Palatasına tövsiyələr

Bu, Hacıyev üçün çox çətindir – Ermənilər anlamalıdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla