Yuxarı

Bıçaqlanan şair yazdı: “Namərdin əlindəki bıçağı alıb...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə Hürriyyət Məmmədzadə adlı şairin bıçaqladığı Mübariz Məsimoğlu bu gün şəxsi Feysbuk səhifəsində bunları yazıb:

"5 Gün... Beş gündür dünyadan xəbərsizəm. İndiki sürət əsrində 5 gün dünyadan xəbərsiz olmaq 10 il dünya zamanından geri düşməkdir, demək. 5 gündür bıçaq haqqında fikirləşirəm. Namərd əlində beş qat namərd olurmuş bu "bıçaq" deyilən şoğərib... Gördüm, gözlərimlə gördüm. Namərdin əlindəki bıçağı şeytan qana sürəkləyirdi. Qaydasız-nizamsız hərəkət etdirirdi. Sənin köməyinlə namərdin əlindən bıçağı aldım. Az qalmışdı ki, namərdin namərd bıçağını namərdin namərd yerinə soxam. İlahi, milyon əlindən bir əlin tutdu əlimi... Qoymadı hərəkət etməyə. Qoymadı günaha batıb şeytanı sevindirim. Şükür böyüklüyünə, Ya Rəbbim. Ya Rəbbim, nə gözəl valideyn, qardaş-bacı, dost-tanış, qohum-əqrəba, millət vermisən mənə. Bunları duyduqca duruldum. İçimdə elə hisslər yaranıb ki, sözlə ifadə edilməz. İçimdə elə sevgilər yaranıb ki, qələmə gəlməz. Şükür, işıq gözlədiyim yerdən nurunu az etmədin, Tanrım. Şükür, qaranlıq hesab etdiyim nöqtələri nura qərq etdin, Tanrım. Şükür, ölüb-dirilməyimə, Tanrım. Kimsə kimsədən sən verdiyin ömrü ala bilməz. Kimsə sənin uca tutduğunu endirə bilməz. Bilməz, yaxşı adamlar, heç vaxt pis ola bilməz. Bu 5 gündə məni daha beş min mil məsafə özünə yaxınlaşdırdın. Şükür sənin kərəminə, Tanrım, iki körpə nəvəsinə, oğluna, qızına, qohumlarına bağışladım namərdi. İçindəki qaranlığına göz yumdum, ətrafındakı işığına bağışladım, namərdi... İlahi, işığını bol elə. Bu mənim hər gün etdiyim duadır, Tanrım. Şükür ki, məni də eşidirsən, Tanrım. Görürəm. Dünyanın işığı artır, görürəm..."

Xatırladaq ki, şair Mübariz Məsimoğlunu şadlıq evlərinin birinin qarşısında bıçaqlayan Hürriyyət Məmmədzadə həbs edilib.

Tarix
2015.03.10 / 17:00
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Kobaxidzenin Azərbaycana səfəri başa çatdı

Prezident Kobaxidzenin səfəri ilə bağlı bunu xüsusi vurğuladı

Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir

Əliyevlə Kobaxidzenin nahar əsnasında geniş tərkibdə görüşü...

Delimitasiya komissiyasının görüşündə razılaşma... - Deputat

Əliyevlə görüşmək şərəfinə nail oldum - Kobaxidze

Gürcüstanın istehlak etdiyi təbii qazın 80%-dən çoxu...

Delimitasiya hansı xəritə ilə aparılacaq?

Dövlət başçıları mətbuata birgə bəyanatla çıxış etdi - Foto

Azərbaycan bizim üçün qardaş ölkədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla