Yuxarı

AYB sədri: “Hamıya maaş verirlər, bizə yox”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
AYB sədri: “Hamıya maaş verirlər, bizə yox”

"Bir həftə Bakıda oluram, bir həftə Qarabağda. Ancaq bizim orda oturmağa yerimiz belə yoxdu".

Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin sədri Ənvər Əhməd bölmənin vəziyyəti haqda Axar.az-a danışıb:

"Yazarları toplayıram başıma – "Muğam Mərkəzi"ndə görüşlərimizi keçiririk. Təqdimatlar, gənclərin kitablarına ön söz yazıram. Ağcabədidə, Beyləqanda, Ağdamda belə görüşlərimiz olur. Daha çox qaçqınlar harda toplanır, orada keçiririk görüşləri.

Mən lap gedib Ağdamda, Ağcabədidə də oturaram, amma orda maaş yoxdur. Mən əlimdən gələni edirəm. Bəzi bölgələrə maaş verirlər. Məsələn, Gəncə, Qazax, Lənkəran və s. alır, amma biz almırıq. "Niyə"si də məlum deyil. Mənim bu haqda televiziyalardakı çıxışlarımı yığsan, bir maşın götürməz. Bizim qeydimizə qalmalıdırlar, biz məhv olan torpağın ədəbiyyatını, mədəniyyətini yaradırıq – çox iş görürük. Bu saat ədəbiyyat böyük bir ordudur. Bizim uşaqlar yüksək səviyyədə ədəbiyyatla məşğul olurlar. Amma maddi vəsait ayırmırlar ki, bunların bir almanaxını buraxasan, kitabını çıxarasan və s. Mən özüm də maaşsız işləyirəm. Nə eləyirəmsə, öz gücümə eləyirəm".

Məsələ ilə bağlı AYB rəhbərliyinin mövqeyini də işıqlandırmağa çalışacağıq.

Tarix
2015.03.19 / 12:43
Müəllif
Nigar An
Digər xəbərlər

Putinə zəng edəcəm, müharibəni bitirmək istəyir - Tramp

Bu, Türkiyənin gücünü və nüfuzunu bir daha təsdiqlədi

Onları Azərbaycan və Ermənistan kimi barışdıra biləcəyəm

Onların ölkəyə qaytarılması üçün sistemli iş aparılır - Nazir

Onlar Azərbaycan vətəndaşlığından məhrum ediləcək!

Əliyev İordaniya baş nazirinin müavinini qəbul etdi

Ermənistanın Azərbaycanla sərhəddə sülhə risk yaradan təlimi

İş üçün Rusiyaya gedənlərin nəzərinə: Qaydalar dəyişir

Zelenski Ankarada Azərbaycana təşəkkür etdi

Bayramov onunla telefon danışığında şad xəbəri açıqladı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla