Yuxarı

Ölkəmizdə dəhşətli xəstəlik yayılıb...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkəmizdə dəhşətli xəstəlik yayılıb...

Sizə şok bir həqiqəti açıqlayıram: Azərbaycanda yeni xəstəlik yayılıb – “ABŞ-la müqayisədə biz...”

Biz – yəni Azərbaycan!

Kimə baxırsan, deyir, ABŞ-da elədir, bəs bizdə niyə belədir?

Azərbaycanı ABŞ-la daha çox müxalifətçilər müqayisə edirlər, məqsəd isə hakimiyyəti hansı yolla olursa-olsun, tənqid etməkdir.

İndi isə həkimlərimiz də “yoluxub” bu “xəstəliyə”.

İnsan reallıq hissini nə qədər itirməlidir ki, Azərbaycanı ABŞ-la müqayisə etsin!

ABŞ – Amerika Birləşmiş Ştatları. Adına baxanda adamı vahimə bürüyür. Bu ad özü başdan-ayağa imperiyadır.

ABŞ dünyanın bütövlükdə ümumi daxili məhsulunun 1/3-nə sahibdir! ABŞ-ın özünün yox ha, bəzi şirkətlərinin illik xalis gəliri dünyanın bir çox ölkəsinin büdcəindən dəfələrlə böyükdür.

Biz hələ indi-indi öz torpaqlarımızda hərbi hissələr yaradırıq! ABŞ-ın özündə və dünya ölkələrindəki bazalarında olan yox e, yalnız neytral sularında Rusiya ordusunun 1/3-i qədər əsgəri “üzür”, keşik çəkir!

Birdəfəlik başa düşmək lazımdır: ABŞ ölkə deyil, ayrıca planetdir. ABŞ-ın qarşısında nə 17,1 milyon kvadrat kilometr ərazisi olan Rusiya, nə də 1,4 milyard əhalisi olan Çin tab gətirə bilir.

Sən hansı ağıllı, hansı düşüncə ilə Azərbaycan kimi kiçik bir ölkəni ABŞ kimi planetlə müqayisə edirsən? Bu nə məntiqsizlikdir axı?

Vallah, gedib xaricdə, orda-burda Azərbaycanı ABŞ-la müqayisə eləsiniz, sizə dərhal “psix” dianozu qoyub, dəlixanaya yerləşdirərlər.

Biz öz iqtisadiyyatımızı ən yaxşı halda qonşu Gürcüstanla, İranla müqayisə edə bilərik. Daha ABŞ nədir?

Dünyanın ən çox inkişaf etmiş ölkələri – Almaniya, Fransa, Yaponiya belə ABŞ-la özünü müqayisə etmir, etməyə utanır və yaxud bu biabırçı müqayisəni aparmaqdan qorxur ki, ona gülərlər.

Birdəfəlik bu rüsvayçılığa son qoymaq lazımdır.

İnsan xəyallar aləmində bu qədər yaşamaz axı!..

Ümid edirəm ki, cəmiyyətimiz tezliklə hər iki xəstəlikdən – həm koronadan, həm də “ABŞ-la müqayisədə Azərbaycan...” virusundan sağalar.

Tarix
2020.06.30 / 17:48
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla