Yuxarı

İllik 3 milyon qazanan intellektual pişik

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
İllik 3 milyon qazanan intellektual pişik

Məşhur geyim markası "Şanel"in alman əsilli baş dizayneri Karl Laqerfeld bu dəfə Birman cinsi pişiyi Şoupetin illik qazancı ilə gündəmə gəlib.

Axar.az xəbər verir ki, XX əsrin ən önəmli moda təmsilçilərindən biri Karl Laqerfeldin reklamlara çəkilən pişiyi Şoupetin illik qazancının 3 milyon avro olduğu bildirilib.

Karl Laqerfeld pişiyinin illik qazancını ABŞ-da yayımlanan "Nyu York Maqazin" jurnalına verdiyi müsahibədə açıqlayıb. Dişi pişiyinin ona ilham verdiyini vurğulayan məşhur dizayner Şoupet Laqerfeld adlı pişiyinin illik qazancından çox məmnun olduğunu dilə gətirib. Pişik keçən il kosmetik marka "Şu Uemura"da şəxsi kolleksiyasına sahib olub və ingilis avtomobil markası "Vokşul"un reklamı üçün kamera qarşısına keçib.

Laqerfeld belə açıqlama verib: "Normal pişik yeməklərini yeməyinə və başqa pişiklər kimi oynamağına icazə vermirəm. Şoupet bunları eləmək üçün çox intellektual pişikdir".

Qeyd edək ki, pişiyin iki baxıcısı və minlərlə izləyicisi olan İnstaqram hesabı var.

Tarix
2015.04.04 / 08:45
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Azərbaycan bu ölkəni təbrik etdi

Ermənistan niyə Azərbaycanla qalib gələ bilməz? - ABŞ mediası

Tramp Ankarada Putini çətin vəziyyətə saldı

Xalqımıza and içməliyik ki, istənilən halda... - Əliyev

Tovuz döyüşlərindən 6 il keçir

Prezident bu çıxışını paylaşdı - Video

Zakir Həsənovdan müharibə qəhrəmanına jest - Foto

32 il öncə Heydər Əliyevlə çəkilən şəkil Prezidentə göstərildi

Biz bütün dünyaya göstərdik ki...- Əliyev

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla