Yuxarı

Vasif Məhərrəmlidən daha bir ÇP

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vasif Məhərrəmlidən daha bir ÇP

Tez-tez sənəti və şəxsi həyatları ilə gündəmə gələn şou-biznes əhli bəzən elm, mədəniyyətlə bağlı verilən sualları cavablandıra bilmədikləri üçün tənqid obyekti olurlar.

Axar.az şou-biznes əhlinin bəzi nümayəndələrinə üç sualla müraciət edib:

– "Cinayət və cəza" əsərinin müəllifi kimdir?

Maestro Ceyhun: - Əsərin müəllifi Dostoyevskidir. Kitab haqda çox danışılsa da, oxumamışam. Amma süjet xəttindən xəbərim var. Bu əsər haqda filmlər çəkilib, tamaşalar olub. Nədənsə, heç bir tamaşasına gedib baxa bilməmişəm. Hətta bilirəm ki, Nikita Mixalkov "Cinayət və cəza"ya film çəkmək istəyirdi. Sonra nə oldu bilmədim.

Aslan: - Fyodor Mixayloviç Dostoyevski.

Vasif Məhərrəmli: - Mmm... xatırlamıram.

Zöhrə Abdullayeva: - Dostoyevski.

– Nyuton kimdir?

Maestro Ceyhun: - İssak Nyuton ingilis fizikidir. Başına alma düşüb və cəzbetmə qanununu kəşf edib.

Aslan: - Alim.

Vasif Məhərrəmli: - Alim. Yerin cazibə qüvvəsini kəşf edib.

Zöhrə Abdullayeva: - Alim. Ətalət qanununu kəşf edib.

– Motsart neçənci əsrdə yaşayıb?

Maestro Ceyhun: - Volfqanq Amadey Motsart dörd yaşından mahnı bəstələməyə başlayıb. Onun atası Leopold Motsart da musiqiçi olub. Motsart 1756-cı ildə Zaltsburqda doğulub.

Aslan: - Motsart... Əsrini bilmirəm.

Vasif Məhərrəmli: - XVIII əsrdə.

Zöhrə Abdullayeva: - Motsart mənim ən sevdiyim bəstəkarlardan biri olub. 34 yaşında dünyasını dəyişib. Mənim onun heykəlinin önündə çəkdirdiyim şəklim də var, Feysbukda paylaşmışam. Əsrini isə deyə bilmərəm. Siz hələ bir müğənnilərimizdən "Anna Karenina"nın müəllifini soruşun, görün biləcəklər? Onların çoxu "tupoy"du.

Tarix
2015.04.04 / 10:09
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla