Yuxarı

Dəlixanadan gələn möhtəşəm səslər – Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəlixanadan gələn möhtəşəm səslər – Video

Adına "ruhi xəstə" deyilir, amma xəstəlik ruhda deyil, bədəndə olur. Onlar sinirlərindən müalicə alır, ruhlarından yox. Təqdim edəcəyimiz şeirlər 1964-cü ildə nəşr olunmuş "İnilti" adlı kitabdan götürülüb. Şeirləri həmin illərdə "Bakırköy Ruh və Əsəb Dispanseri"ndə yatan əqli xəstələr yazıb.

Xəstələrdən kimisi gündə 16 paket siqaret çəkir, kimisi artıq nə zaman öləcəyi ilə maraqlanır, çoxu da sevir. Əsəb xəstəsi ola və ya başqa problemlərlə mübarizə apara bilərlər, ancaq ruhun vərəmi, infarktı olmaz. Ruhun incinməsi, yalnızlığı, bir köşəyə çəkilib tərk edilmişliyi ola bilər.

Haqqında danışdığımız kitabı nəşrə hazırlayan adam Bədiə Tuncərdir. Tuncər eyni zamanda həmin "şairlər xəstəxanası"nda xəstələrə "oxuma və yazma dərsləri" də keçib. "İnilti" kitabı uzun illərdən sonra yenidən nəşr olunub.

Axar.az həmin kitabda çap olunan şeirlərin bəzilərini təqdim edir:

Qoxu

Dəniz qoxulu dodağın dodağıma dəyərsə,

məni dəli edəcək.

Amma səni dodaqlarına görə də sevmirəm.

Çünki sən mənim vücudum,

Mən isə sənin ruhunam.

Şizofren

Sevginin şiddətindən qopdu könlün əyləci

Həkimim hesab edir hələ şizofren məni.

Sağalıb çıxmaq həsrətilə dərindən,

Xəstəxana qatarı döyündürür qəlbimi,

Ta uzaqdan Mərmərə eşqlə çağırır məni.

Heyrətlə qarşılaram məni dəli görəni,

Buradan çıxmaq üçün işlətməli hiyləni.

Sevgimin şiddətindən qopdu könlün əyləci,

Həkimim hesab edir hələ şizofren məni.

Qaranlıq gecələr

Arxamda kəsildi hər səs və nəfəs,

Taleyim cismimə dedirtməkdə "pəs".

Dərdliyəm, dərdimi anlamaz hər kəs,

Sirrini söyləməz hər ruha ruhum.

Sıxıntı

Uzun illərdən bəri bir qəbrin içindəyəm,

Bu yerdə daim melanxoliyaya dalıram.

Gözlərim iki çeşmə, elə hey ağlayıram,

Budur, qəbrimin içinə

göz yaşımın suyuyla hörümçəklər də doldu.

Əlim bir qırıq qələm,

Kəfənimin parçasından bir kağız,

Budur, burada yerimi doldururam.

(Bu şeir saqqallı bir qadına aiddir)

Allah əmanətində

Despot qız qaçırır,

Mühafizəçi güllə qaçırır,

Fırıldaqçı valyuta qaçırır,

Zəngin xanım kürk qaçırır,

Ağa qoyun qaçırır,

Meşə qulduru kötük qaçırır.

Və sonda qaçırmaq üçün bizlərə,

əlbəttə, ağıl qalır.

Tarix
2015.04.09 / 22:55
Müəllif
Nigar An
Digər xəbərlər

Kriptovalyuta bazarına kapital axınları azaldı

Paradda liderlərin əyləşdiyi yer belə hazırlanıb - Video

Bu şəxslər hərbi xidmətdən azaddır!

Azad edilmiş ərazilərdə 7 milyonluq layihə...

Deputatın qızı şikayətləndi: Atamla bağlı müraciətim...

Azərbaycan bu ölkə ilə diplomatik münasibətlər qurur

Prezidentin yeni vəzifə verdiyi Orxan Mürsəlov kimdir?

Ermənistan-Azərbaycan sərhədində yanğın

Prezidentin yeni başçılara 3 tapşırığı: hansı əməl etməsə...

Zəngəzur dəhlizinin tikintisi nə vaxt başlayacaq? - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla