Boko Haram terror
təşkilatından bəziləri ailələri ilə, bəziləri də tək başına qaçan
uşaqlar, qonşu Çadda yerləşən BMT-nin mühacir düşərgəsində
yaddaşlarında qalanları rəsmə köçürüblər.
Axar.az xəbər verir ki, Nigeriya sərhədindəki Çad gölündən 10
kilometr uzaqda yerləşən Dar-əs Salam düşərgəsində yaşayan təxminən
800 nigeriyalı uşaq çəkdikləri rəsmlərlə Boko Haramın kəndlərinə
basqın etdiyi vaxt yaşadıqlarını izah etməyə çalışıb.
Uşaqlardan biri, 15 yaşlı Sumaila Əhməd Boko Haramın kəndlərinə
gəlib hücum etdiyi vaxt evlərinin qarşısında dayandıqlarını Boko
Haram yaraqlılarının çay ətrafına gələrək orada dayanan hər kəsi
başından güllələdiyini çəkdiyi rəsmlə izah etməyə çalışıb.
Düşərgədəki digər uşaq isə rəsmdə evini təmir etdiyi vaxt
bayırdan silah səsləri eşidib nə baş verdiyini anlamaq üçün çıxanda
Boko Haram yaraqlısı tərəfindən öldürülən adamın rəsmi çəkib.
UNİCEF yanvar ayında düşərgədə qurduğu səkkizinci çadırda
"Fövqəladə hal məktəblərində" uşaqlara təhsil verilməyə
çalışır.
Düşərgə işçiləri, uşaqların daha əvvəl məktəbə dair heç bir şey
bilmədiklərini və hətta çoxunun indiyə qədər qələm belə
tutmadıqlarını bildirib. Düşərgədə 20 yaşları olub oxuma-yazma
bilməyən gənclərin də təhsil aldıqları bildirilib.