Yuxarı

Türk rejissor skandaldan xəbərsizmiş – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk rejissor skandaldan xəbərsizmiş – Foto

Dünən "28 Cinema"da Çanaqqala zəfərinə həsr olunmuş "Son məktub" filminin təqdimatında filmin rejissoru Özhan Ərən jurnalistlərin suallarını cavablandırıb.

Axar.az-ın rejissorla qısa müsahibəsini təqdim edirik:

- Özhan bəy, "Son məktub" Türkiyə kino tarixinin ən bahalı filmidir. Maliyyəni hökumət ayırıb?

- Türkiyə Mədəniyyət Nazirliyi bir qədər kömək edib, bir az sponsorların maliyyəsi var, geri qalan hissəni də öz firmamız ödəyib.

- Nəsrin Cavadzadəni filmə necə dəvət etdiniz?

- Biz həm aktyorları, həm çəkiliş heyətini seçərkən, birinci qayda olaraq yaxşı, əxlaqlı, sözünə güvənilir insanları ətrafımıza toplayırıq. Nəsrin Cavadzadə bizim filmimizə qədər 9 filmdə çəkilib, Türkiyədə 2 "Qızıl Portağal"ı olan aktrisadır. "Qızıl Portağal" Türkiyənin ən prestijli mükafatıdır. Nəsrin kinoda işini çox ciddiyyətlə, çox sevərək görən və bunun öhdəsindən gələn tək-tük aktrisalardandır.

- İstanbul Film Festivalında kürdlər haqqında çəkilən "Bakur" (Şimal) sənədli filminin nümayişinə qadağa qoyulmasından sonra bəzi rejissorların filmlərini festivaldan geri çəkmələrinə münasibətiniz?

- Bu haqda heç bir məlumatım yoxdur, indi sizdən eşidirəm. Filmlər təbii ki, yasaqlanmamalıdır. Amma bir tərəfdən də dünyanın bütün yerlərində bəlli qadağalar var. İstədiyiniz filmi çəkə bilməzsiniz, Amerikada da elədir, Avropada da elədir, Azərbaycanda da yəqin ki, belədir. Önəmli olan haqsızlığın olmamasıdır. Haqsızlıq edilibsə, filmlərini geri çəkən rejissorlar göydən-yerə qədər haqlıdırlar. Haqsızlıq yoxsa, qanuni bir məcburiyyət varsa, demək ki, belə olmalıdır. Bu sənətdir, dünyanın heç bir yeri yerində bu cür azadlıq yoxdur.

- Sənətçi kimin tərəfində olmalıdır?

- Sənətçi həmişə insanlığın tərəfində olmalıdır.

Xatırladaq ki, təqdimat mərasimində filmin baş rol ifaçısı Nəsrin Cavadzadə, filmdə rol alan başqa azərbaycanlı aktrisa, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, millət vəkilləri Qənirə Paşayeva, Fazil Mustafa, Nizami Cəfərov, Bahar Muradova və başqaları iştirak edib.

Tarix
2015.04.16 / 16:55
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla