Yuxarı

Bəşəriyyəti irəli aparan dəliliklər

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alim fədakarlığı, yoxsa...

Dueldə qələbə teoremin sübutu hesab oluna bilərmi? Əgər ölümcül təhlükəli eksperimentin yeganə mümkün təcrübə predmeti sən özünsənsə, nə etməli? Həqiqətin ortaya çıxması naminə nələrə razı olmaq mümkündür? Bütün bu suallara – Axar.az-ın təqdim etdiyi bu materialda cavab tapa bilərsiniz!

"Helikobakteriya" kokteyli

Barri Marşal "Helicobacter pylori" bakteriyasının kulturasını (laboratoriya üsulu ilə yetişdirilən bitkilər, bakteriyalar və s. tərc.) içib ki, onun mədə xorası yaratdığını sübut etsin!

Ona iddia edirdilər ki, bakteriyalar insan mədəsində yaşaya bilməz. Lakin avstraliyalı həkim Barri Marşall bunun əksinə əmin idi. O, bilirdi ki, bakteriyalar mədə xorası törədir. Pasiyentlərin antibiotiklərlə müalicə kursundan sonra isə sağaldıqlarını müşahidə etmişdi. Lakin onun müşahidələrinin nəticələrinin nəşrinə cəhd etməsi elmi ictimaiyyətin istehzasına səbəb olur. Laboratoriya heyvanlarını bakteriyalarla yoluxdurmaq müəyəssər olmur. Odur ki, Marşall son addıma əl atır – bakteriya kulturasını özü içir. Həkimdə mədə xorasına səbəb olan qastritin bütün simptomları baş qaldırır. Marşallın müəyyən etdiyi müalicə kursu çox effektli olur – iki həftədən sonra alimin mədəsində "H. Pylori"-nin izi də qalmır və o, buna görə tibb və fiziologiya sahəsində Nobel mükafatına layiq görülür.

Cərrahın ürəyinə gedən yol

Verner Forsman öz ürəyinə kateter salıb. Halbuki digər həkimlər bunun ölümə səbəb olacağını iddia edirdilər.

1929-cu ildə kardiocərrahlıq ilk addımlarını atırdı. Verner Forsman, ehtimal edirdi ki, elastik borucuğu (kateteri) venadan keçirtməklə ürəyə çata bilər. Lakin onun həmkarları buna şübhə ilə yanaşırdılar. Onlar iddia edirdilər ki, bu prosedura pasiyentin ölümü ilə nəticələnəcək. 25 yaşlı həkim doğruluğunu sübut etmək üçün əməliyyatı öz üzərində sınaqdan keçirmək qərarına gəlir. Tibb bacısı onun üçün steril ləvazimat tapmağa bir şərtlə razı olur ki, Forsman təhlükəli eksperimenti özünün deyil, onun üzərində aparacaq. Lakin Forsman vədinə əməl etmir: o, tibb bacısını ümumi anesteziya vəziyyətinə gətirir. Tibb bacısı yuxuya gedəndə isə kateteri dirsək venasına, sonra isə daha dərinə - ürək qulaqcığına yeridir. Sağ qalan Forsman özünü rentgen otağına çatdırır və "yaradıcılığını" nümayiş etdirir. Bir neçə il sonra o, tibb və fiziologiya sahəsində Nobel mükafatına layiq görülür və and içir ki, nəyin naminə olursa olsun, heç vaxt tibb bacıları üzərində əməliyyat keçirməyəcək.

Sübut etmək üçün qusuntu içdi...

Stabbins Firs "qara qusuntu"nu içmiş və onu gözlərinə çəkmişdi. O, bununla sarı qızdırmanın (malyariyanın) keçici olmadığını sübut etmək istəyirdi.

Öz üzərində təhlükəli eksperimentlər keçirən həkim özünün doğruluğuna əmin olmalıdır... Təəssüf ki, bəzən belə əminlik əsassız olur. 1793-cü ildə sarı qızdırma epidemiyası yayılan zaman tələbə - tibb işçisi Stabbins Firs sübut etməyə çalışırdı ki, bu xəstəlik xəstədən alınan bioloji maye ilə bilavasitə kontakt yolu ilə başqasına yoluxmur. Firsc qusuntudan başlayır, onu əlindəki kəsik yerinə sürtür, gözünə çəkir və hətta içir. Sonra o, eksperimentlərini xəstələrin qanı, daha sonra tüpürçək və sidiyi ilə davam etdirir. Bütün bunlardan sonra da xəstəliyə yoluxmayan Firsc öz fərziyyəsində haqlı olduğunu həmkarlarına isbatlamaq üçün apardığı eksperimentləri kafi hesab edir. Lakin bu gün biz hamımız bilirik ki, sarı qızdırma asanlıqla keçən xəstəlikdir. Onun törədiciləri ağcaqanadlar vasitəsilə ötürülür və bu həşəratlar çox böyük epidemiya törətməyə qadirdirlər. Ehtimal ki, Firsc pasiyentlərindən bioloji mayeni xəstəliyin son mərhələlərində götürüb, bu maddə isə artıq yoluxma mənbəyi deyil.

Kiçik sal üzərində...

Tur Heyerdal Sakit okeanda balsa (ağac növü – tərc.) salı üzərində səyahət edib. Bunu etməkdə məqsədi isə qədim insanların da eynən belə bir səfərə çıxa biləcəklərini sübuta yetirmək idi.

Norveç tədqiqatçısı və macəralar düşkünü olan Tur Heyerdal antropologiya sahəsindəki nəzəriyyələrini sübuta yetirmək üçün bir neçə çətin ekspedisiyalar həyata keçirib. Belə ki, 1947-ci ildə o və beş nəfər yol yoldaşı balsa ağacının yüngül oduncaqlarından düzəldikləri salın üzərində Sakit okeanda 8000 km yol qət etmişdilər. Eyni istiqamətdə əsən külək və Humbold axını (Peruan axını – Sakit okeanda cənub-şərq axını – tərc.) 101 gün ərzində salı hədəfə doğru aparır. Nəticədə Cənubi Amerika və Polineziya arasında əlaqələrin mümkünlüyünü sübutlayacaq başqa dəlillər də əldə edilir. Lakin antropoloqların bir çoxu hələ də elə hesab edirlər ki, Heyerdelin cəsarətli addımı heç nəyi sübut edə bilmədi.

Burunsuz qaldı

Tixo Braqe "riyazi" dueldə burundan məhrum oldu.

Cırtdan təlxəklərlərlə əylənən, evdə sığın bəsləyən danimarkalı zadəgan tez özündən çıxması və qəribəlikləri ilə məşhur idi. Tixo Braqe riyazi mövzularda mübahisəyə girməyə də həvəsli idi. Bir dəfə şam edərkən belə bir mübahisə ciddi incikliyə gətirib çıxartdı: Braqe opponentini duelə çağırdı. Ancaq təəssüf ki, alim riyaziyyatda olduğu kimi qılınc oynatmaqda da mahir deyildi və odur ki, bu dueldə burnunu itirir. O, yerdə qalan bütün həyatı boyunca qiymətli metalların xəlitəsindən düzəldilmiş protez gəzdirməli olur.

Ağrı hissləri

Avqust Bir aneteziyanın təsirini yoxlamaq üçün öz assistenti üzərində bir neçə amansız üsulları sınaqdan keçirib.

Alman cərrahı Avqust Bir 1898-ci ildə pasiyentin dərman vasitəsilə yatızdırılmasını tələb etməyən ən mükəmməl anesteziya texnikasını tətbiq edib. O, iddia edirdi ki, onurğa beynini əhatə edən subaraxnoidal boşluğa kokain yeridilməsi həssaslıq hissinin cərrahiyyə əməliyyatlarının keçirilməsinə kifayət edəcək qədər itirilməsinə səbəb olur. A.Bir bel anesteziyasını özünün və şagirdinin üzərində sınaqdan keçirmək qərarına gəlir. Lakin Bir üzərində prosedura həyata keçirilərkən anestetik maddənin bir hissəsi şprislə iynənin bir-birinə möhkəm keçməməsi nəticəsində axıb gedir, onun şagirdi A.Hildebrant isə tam anesteziya alır. Bir buna əmin olmaq üçün bir neçə həqiqətən də qəddar olan üsuldan istifadə edir. O, şagirdinin baldır sümüyünə metal çəkiclə zərbələr endirir, siqaretlə dağ basır və s.

Bir dəfə kəs!

Henri Hed əsəb sisteminin necə işlədiyini aydınlaşdırmaq üçün özünün sinir liflərini zədələyib.

Britaniya nevroloqu Henri Hed öz vəziyyətlərini ətraflı təsvir edə bilməyən (çox vaxt isə istəməyən) pasiyentlərin qarmaqarışıq izahlarından yorularaq periferik sinir sistemi zədələnmiş insanın nələr hiss etdiyini öz üzərində sınaqdan keçirmək qərarına gəlir. Hed həmkarından xahiş edir ki, onun qolundakı sinir liflərini zədələsin. Alim özünün yaralanmış qolunda bir beçə eksperiment həyata keçirir, müxtəlif funksional pozuntuları və sağalma prosesini müşahidə edir. Bu iş Hedə cəngavər titulu və bir neçə nominasiyada Nobel mükafatı gətirir. Lakin ən əsası odur ki, alimlər nəhayət ki, həssaslığın növlərini sistemləşdirə və əsəb sisteminin işinin xüsusiyyətlərini təsvir edə bildilər. Halbuki tibbi təhsili olmayan pasiyentlərin söylədiklrinə əsasən bu barədə mühakimə yürütmək həqiqətən də çətin idi.

Ayaqdan başa

Corc Stretton səkkiz gün təsvirləri çevirən eynəklə gəzib. Onun məqsədi beyinin buna necə adaptasiya etdiyini aydınlaşdırmaq idi.

Əgər bir həftədən artıq üfüqi və şaquli ox ətrafında təsvirləri baş-ayaq çevirən linza gəzdirsən, nə baş verər? Amerika psixoloqu Corc Stretton belə bir eksperiment keçirməyi 1890-cı ildə qərarlaşdırır. O, sübut etmək istəyirdi ki, beyin tərsinə çevrilmiş görüntüyə adaptasiya edir və dünyanı lazımi şəklə "döndərir". Göylə yerin, sağla solun dəyişik düşdüyü dünyada dörd günlük həyatdan sonra Stretton özünü olduqca pis hiss edir. O, sanki "başını itirir", istiqaməti müəyyənləşdirə bilmir, lakin beşinci gün onun beyni tədricən uyğunlaşmağa başlayır və eksperimentin sonunda alim "çevrilmiş" məkanda istiqməti cəld təyin edə bilir. Eynəyini çıxaranda isə bir müddət yenə sağla solu dəyişik salır, dünya gözünə çevrilmiş şəkildə görünür. Lakin bir qədər keçdikdən sonra baş ağrıları arxada qalır və Stretton elmi ictimaiyyətə sübut edir ki, dəyişmiş şəraitə sövq edilmiş hisslərimiz "çevrilmiş" dünyanı həyat üçün tamamilə münasib şəklə salaraq apatasiya oluna bilər.

Acqarına dağlara...

Elsi Viddouson müharibə dövründə minimal rasionu müəyyənləşdirmək üçün özünü aclıqla taqətdən salmışdı.

İkinci Dünya Müharibəsi başlayanda Böyük Britaniyanın dinc əhalisi çox cüzi ərzaq payı alırdı. İnsanın qidaya olan minimal tələbatını ödəmək üçün nə qədər ərzağın lazım gəldiyini aydınlaşdırmaq üçün kimyaçı alim və dietoloq Elsi Viddouson öz üzrətində eksperiment aparmaq qərarına gəlir. O, müxtəlif və olduqca zəif dietaları sınaqdan keçirir, bir neçə ay ərzində çox az miqdarda çörək, kələm və kartofla qidalanır. Bu qədər azacıq qida ilə aktiv həyat tərzinin mümkünlüyünü sübut etmək üçün Viddouson çoxlu piyda gəzir, demək olar ki, hər gün dağa çıxır. Sonralar onun qeydləri müharibə illərində britaniyalıların qida rasionunun tərtibində əsas götürülüb.

Zəmanəmizin kiborqu

Кеvin Uorik neyrokompüter interfeysin gerçəkləşdirilməsi problemini tədqiq edərkən öz bədənini "kiborqlaşdırır" (kiborq – maşın-insan hibridi – tərc.).

Onun ilk eksperimentləri o qədər də uğurlu alınmır: Kevin Uorik dərisinin altına RFID-çip yerləşdirir. Bu, ona kompüterlə qarşılıqlı təsirdə olmağa, işığı yandırıb-söndürməyə, elektron qıfılları açıb-bağlamağa imkan verir. Lakin 2002-ci ildə alim əsl kiborqa çevrilir. Bununçün ona mürəkkəb elektronika, cərrah yardımı və əlbəttə ki, cəsarət lazım olur: özünün əsəb sistemini neyron interfeyslə birləşdirməyə hər kəs razı olmaz. Uorik bunun vasitəsilə öz emosiyalarını digər bir kiborqa – öz zövcəsinə ötürürdü.

Tərcümə etdi: Təhminə C.B.

Tarix
2015.04.20 / 08:45
Müəllif
Təhminə Bədəlova
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla