Yuxarı

Üç Çingiz: biri makulaturadır, o birilər isə... – Millət vəkili

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Üç Çingiz: biri makulaturadır, o birilər isə... – Millət vəkili

Çingiz Aytmatovla Çingiz Abdullayevin romanlarının janrları başqadır. Çingiz Aytmatovun əsərləri dünya durduqca oxunacaq. Çingiz Abdullayevin əsərləri isə 3 gündən sonra unudulur.

Kult.az xəbər verir ki, bu sözləri millət vəkili Etibar Əliyev xalq yazıçısı Çingiz Abdullayevin rusdilli məktəblərin qorunması ilə bağlı məlum fikirləri ətrafında yaranan müzakirələr haqda qeyd edib. O, dramaturq Firuz Mustafanın Çingizlər – Çingiz Abdullayev, Çingiz Aytmatov və Çingiz Hüseynovla bağlı müqayisəsinə reaksiya verib və detektiv janrın tam çöküşə uğradığını bildirib:

“Detektivi hansı dildə yazırsan yaz, tərcüməsi də çox asandır. Ancaq Aytmatovun “Tavro Kasandra”sını tərcümə etmək hər tərcüməçinin işi deyil. Abdullayevin bundan sonra intervüləri və dialoqları maraqlı ola bilər. Bəlkə də ən çox detektiv oxuyanlardan biri mən olmuşam. 10 il bundan əvvəl bu janrda olan yüzlərlə kitabı, hətta Çeyzin, Qardnerin, Stautun, Makdonaldın, Ladlemin, Aqata Kristinin, Forsaytın, Şeldonun və ən nəhayət, hörmətli Çingiz müəllimin əsərlərini bukinistə hədiyyə etmişəm. Elə bilirəm ki, Aytmatov “Əsrə bərbər gün” (И дольше века длится день) adlı şah əsərini Azərbaycan dilində yazıb. Detektiv isə makulaturadır...

Çingiz Hüseynova gəldikdə isə elə bilirəm ki, onu da öz dilimizdə oxuyram”.

Tarix
2020.09.13 / 11:24
Müəllif
Kult.az
Digər xəbərlər

Zəngəzur dəhlizi Şərqlə Qərb arasında... - Nazir

Nisanov Moskvada beşulduzlu otelini təqdim etdi

Azərbaycan və Ermənistan nümayəndə heyəti görüşəcək

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla