Yuxarı

Təmir bitdi, Elçibəyin ev muzeyi yaradılır - Ərturqut

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təmir bitdi, Elçibəyin ev muzeyi yaradılır - Ərturqut

Hökumət tərəfindən təmir olunan Azərbaycanın keçmiş Prezidenti Əbülfəz Elçibəyin evində onun muzeyini açmaq bir az vaxt alacaq.

Bunu Kult.az-a açıqlamasında mərhum prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev atasının ev muzeyinin nə zaman açılacağı ilə bağlı danışarkən deyib. O bildirib ki, muzeydə Əbülfəz Elçibəyin əşyaları sərgilənəcək:

“Bütün əşyalarını qoruyub saxlamışıq. Keçmiş prezidentin həyat yoldaşı kimi anamın əşyaları da həmin muzeydə sərgilənəcək. Uzun müddət idi ki, Naxçıvanda idim. Karantinə görə yollar bağlanmışdı. Orada qalmışdım. İndi Bakıdayam və bu işlərlə məşğul olacağam”.

Qeyd edək ki, eks-prezident Əbülfəz Elçibəyin evi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib.

Tarix
2020.09.15 / 13:00
Müəllif
Tural Turan
Digər xəbərlər

Mehriban Əliyevanın sədrliyi ilə bu şuranın ilk iclası keçirildi

Hesablama Palatasının iclası keçirildi - Yeni qərarlar

Peşə-əmək Reabilitasiyası Mərkəzinə neçə nəfər qəbul edilib?

Diqqət: ADY yay qrafikinə keçir...

Birinci Türkoloji Qurultayın 100 illiyi UNESKO-da qeyd ediləcək

Rusiyadan AZAL-la bağlı açıqlama - Təcili

Ankara, Bakı və İrəvan bundan istifadə edəcək – “Stratfor”

Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi

Bu, türk xalqları arasında tarixi addım olacaq - Mirziyayev

Birinci Türkoloji Qurultayın irsi bu gün də aktuallığını qoruyur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla