Yuxarı

Nazirlik start verdi: “Bölgələrdən paytaxta”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik start verdi: “Bölgələrdən paytaxta”

Mədəniyyət və Turizm Nazirliyi "Bölgələrdən paytaxta" adlı yeni layihəyə start verib.

 

Nazirlikdən Axar.az-a verilən məlumata görə, "Bölgələrdən paytaxta" adlı yeni layihənin məqsədi Azərbaycan mədəniyyətinin tarixi və müasir zənginliklərini, regionların adət-ənənələrini, mətbəx nümunələrini, sosial-iqtisadi inkişafını, sənət ustalarının əl işlərini, regionlarda fəaliyyət göstərən bədii kollektivlərin və incəsənət ustalarının çıxışlarını nümayiş etdirmək və bölgənin turizm imkanlarını təbliğ etməkdən ibarətdir.

 

Layihə çərçivəsində bir neçə tədbir təşkil edilib, növbəti tədbir isə Şəkiyə həsr olunub. Tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Şəki rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə aprelin 21-i saat 18:30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında reallaşacaq. Layihə çərçivəsində Azərbaycan mədəniyyətinin tarixi, müasir zənginlikləri və Şəkinin adət-ənənələrini əks etdirən dekorativ tətbiqi sənət nümunələri, bölgənin turizm imkanları nümayiş olunacaq, incəsənət ustalarının konserti təşkil ediləcək.

 

Qeyd edək ki, 2015-ci il ərzində Lənkəran, Gəncə, İsmayıllı, Şəmkir, Gədəbəy və Abşeron rayonlarının Bakı şəhərində mədəni tədbirləri keçiriləcək və hər bir regionun qədim tarixi, ənənələri, incəsənət nümunələri geniş formatda təqdim olunacaq. "Bölgələrdən paytaxta" adlı yeni layihə çərçivəsində daha əvvəl Masallı, Qəbələ və Quba rayonlarının Bakıda təqdimatı gerçəkləşib.

Tarix
2015.04.21 / 15:20
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla