Yuxarı

Pərviz Cəbrayılın kitabı İran kitabçılarında

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pərviz Cəbrayılın kitabı İran kitabçılarında

Pərviz Cəbrayılın İranda nəşr olunan "Yad dildə" romanı artıq satışa buraxılıb.

Bu barədə tanınmış Güney Azərbaycan yazarı, "Ədəbi azadlıq" hekayə müsabiqəsinin qalibi Ruqəyyə Kəbiri Axar.az-a açıqlama verib:

"Pərviz Cəbrayılın "Yad dildə" romanı Təbrizin "Yaran" nəşriyyatında 1000 tirajla çapdan çıxıb. Bu, İran üçün ilkin tiraj kimi olduqca böyük göstəricidir. Romanı şair-tərcüməçi Əhəd Fərəhməndi şəxsi təşəbbüsü ilə çapa hazırlayıb və əsər nəşriyyatın hesabına çap olunub. Kitabın əsli ilə tutuşdurulması işini isə tanınmış şair-tərcüməçi Nigar Xiyavi yerinə yetirib. Vurğulayım ki, bu iş də xeyli zəhmət tələb edir.

Daha sevindirici bir hal budur ki, nəşriyyat "Yad dildə" romanını hər il may ayında Tehranda keçirilən beynəlxalq kitab sərgisinə aparmağı, orda nümayiş etdirməyi planlaşdırıb. Pərviz bəyin bundan öncə İranda nəşr olunan kitabına əsasən deyə bilərəm ki, bu kitab da yaxşı satılacaq".

Qeyd edək ki, bundan qabaq Pərviz Cəbrayılın "Hər sabah yaşam" kitabı İranda fars dilində nəşr olunub.

Xatırladaq ki, yazarın "Yad dildə" romanı 2010-cu ildə "Nəsimi" Kitab müsabiqəsinin, 2011-ci ildə isə Milli Kitab Mükafatının qalibi olub.

Tarix
2015.04.24 / 09:14
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla