Yuxarı

Əliyevdən bunu xahiş etdilər, Nürnberqi misal göstərdi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevdən bunu xahiş etdilər, Nürnberqi misal göstərdi...

Münhendə Prezident İlham Əliyevdən müsahibə alan “Frans-24” telekanalının separatçılara verilən cəza ilə bağlı sualı məqsədyönlü xarakter daşıyır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.

“- Beynəlxalq diqqəti həbs olunan separatçıların üzərinə yönəltmək və onların azad edilməsi tələbini formalaşdırmaq;

- Prezidentin əfv səlahiyyətinin separatçılara şamil edilməsinin mümkünlüyünü gündəmə gətirmək: məhkəmə hökmü olduğu üçün görünür, erməni diasporu/lobbisi əfv ehtimalı üzərində düşünürlər.

Əliyev cavabında separatçılarla bağlı məhkəmə hökmünün qərarının dəyişməcəyini, əfv ehtimalının da mümkün olmadığını bəyan etdi. Əsas məqam Prezidentin separatçılarla bağlı məhkəmə prosesini nasistlərin mühakimə olunduğu Nürnberq prosesi ilə eyniləşdirməsi, hətta azərbaycanlılara qarşı törədilən cinayətlərin daha dəhşətli olduğunu qeyd etməsi idi. Bu, erməni lobbisinin rəyini formalaşdırmağa çalışdığı beynəlxalq ictimaiyyətə separatçıların nasistlər qədər cani olduğunu çatdırmaq və Azərbaycanla empati qurmağa dəvət etmək məqsədi daşıyır. Separatçıların azad olunması xahişi Nürnberdə ölüm hökmü çıxarılan nasistlərin iki aydan sonra əfv edilməsi ilə eyni şeydir.

Prezidentin müsahibədə dediklərindən aydın olur ki, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens də Bakıda separatçıların azad edilməsi məsələsini qaldırsa da, rəsmi Bakının prinsipial mövqeyi dəyişməyib”, - politoloq bildirib.

Tarix
2026.02.14 / 20:00
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla