Yuxarı

Bakı "məqsədli hücum" dedi - Moskvadan absurd cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı "məqsədli hücum" dedi - Moskvadan absurd cavab

Rusiya Xarici İşlər Nazirliyi Kiyevdə yerləşən Azərbaycan səfirliyinin vurulması ilə bağlı səslənən ittihamları qəbul etməyib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Moskva məqsədli raket zərbəsi barədə deyilənlərin həqiqəti əks etdirmədiyini bildirib.

Qurumun açıqlamasına görə, hadisə ilə bağlı Bakı tərəfinə vaxtında izahat təqdim olunub. Rusiya versiyasında qeyd edilir ki, diplomatik missiyanın binalarındakı zədələr böyük ehtimalla Ukraynanın hava hücumundan müdafiə sistemlərinin yanlış işləməsi nəticəsində yaranıb.

Nazirlik həmçinin vurğulayıb ki, Rusiya ordusu yalnız Ukraynanın hərbi-sənaye kompleksinə aid obyektləri hədəf alır və hücumlar mülki və diplomatik obyektlərə yönəlmir.

Qeyd edək ki, Rusiyanın Azərbaycanın AZAL təyyarəsini vurduqdan sonra verdiyi açıqlama da imtina tonunda idi. Lakin zamanla sirlər ortaya çıxdı və bütün faktlar göz önünə sərildi. Görünür, Kremldə bu siyasət artıq adət halını alıb.

Tarix
2026.02.15 / 00:17
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla